Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə Rəhbər (Head of Marketing and PR) - Company

Местоположение: Bakı

İdman sahəsində fəaliyyət göstərən təşkilat marketinq və ictimaiyyətlə əlaqələr istiqamətlərinə rəhbərlik edəcək peşəkar axtarır. Bu vəzifə 10 avqust 2026-cı il tarixindən 31 dekabr 2026-cı il tarixinədək müddətli xarakter daşıyır.  Vəzifə öhdəlikləri Marketinq və PR strategiyasının hazırlanması və həyata keçirilməsi; Brendin inkişafı, media və ictimaiyyətlə əlaqələrin, rəqəmsal marketinq fəaliyyətinin idarə olunması; Sponsorların və strateji tərəfdaşların cəlb edilməsi, yeni əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi; Marketinq kampaniyalarının, tədbirlərin və brend tanınırlığının artırılması üzrə layihələrinin planlaşdırılması və icrası; Press-relizlərin, çıxışların, təqdimatların və digər kommunikasiya materiallarının hazırlanması və keyfiyyətinə nəzarət; Rəhbərliklə birbaşa işləmək, strateji təşəbbüslərin həyata keçirilməsi və hesabatların hazırlanması. Tələblər Marketinq, İctimaiyyətlə əlaqələr, Biznesin idarə olunması və ya əlaqəli sahədə ali təhsil; Marketinq və/və ya ictimaiyyətlə əlaqələr sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər və ya aparıcı vəzifədə təcrübə; Sponsorluq, tərəfdaşlıqlar və biznes inkişafı sahəsində uğurlu təcrübə; Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, rus dili arzuolunandır; Çox güclü yazılı ünsiyyət bacarıqları, peşəkar mətnlərin hazırlanması və redaktəsi təcrübəsi; Yüksək səviyyədə kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı; Strateji düşüncə, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik. Biz nə təklif edirik: Rəqabətqabiliyyətli əmək haqqı; Dinamik və peşəkar iş mühiti; Rəhbərliklə birbaşa işləmək və qərarların qəbulunda iştirak imkanı; Peşəkar inkişaf və uğurlu fəaliyyət göstərildiyi təqdirdə təşkilatın daimi heyətinə qoşulmaq imkanı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.