Местоположение: Bakı
Sənaye avadanlıqlarının, materialların, iş və xidmətlərin vaxtında, səmərəli və büdcəyə uyğun şəkildə satın alınmasını həyata keçirir, həmçinin satınalma prosesinin planlaşdırılması, təchizatçıların seçilməsi və müqavilələrin hazırlanmasında iştirak edir. Vəzifə öhdəlikləri: Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq; Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək; Xarici və yerli təchizatçıları araşdırmaq, seçim etmək və təchizatçı bazasını daima yeniləmək; Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıların cəlb edilməsi; Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması; Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək; Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq; Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət etmək; Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək; Tələb olunduqda daşınma və gömrük işlərini həll etmək. Tələblər: Ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər; Məsuliyyətli və detallara diqqətli olmalıdır; MS Office, həmçinin 1C proqramlarını bilməlidir; Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür. Əmək şəraiti: Pozitiv və dəstəkləyici iş mühiti İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün) İş vaxtı: 09:00-18:00 Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.