Местоположение: Bakı
Restoran və Keytrinq sahəsində fəaliyyət göstərən şirkətimizə “Cost Controller” (Xərclərə nəzarət üzrə mütəxəssis) tələb olunur. Vəzifə öhdəlikləri: Xammal girişindən məhsul çıxışına qədər prosesin izlənməsi, kontrol edilməsi və proqramda düzgün əks olunmasının təmin edilməsi; Xammal maliyyətlərinin keyfiyyət və toplam məhsul maliyyəti baxımından təhlil edilməsi; Anbar qalıqlarının proqram üzərindən və real olaraq təqib edilməsi və uyğunsuzluqların dərhal araşdırılması; Gündəlik və aylıq xərclərin izlənilməsi, təhlil edilməsi və verilən hədəflərə uyğun olub olmamasının yoxlanılması; Ay sonu anbar qalıqlarının yoxlanılmasına kömək edilməsi və faktiki qalıqların sistemdəki məlumatlarla müqayisə edilməsi; Uyğunsuzluqların aşkar edilməsi və hesabatların hazırlanması; Xərclərin azaldılması və optimallaşdırılması üçün təkliflərin verilməsi; İstehsalat və anbar əməliyyatlarının effektiv idarə olunmasına dair məlumatların toplanması və təhlillərin aparılması. Tələblər: Təhsil: Ali (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə təhsil); Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Analitik düşünmə və təhlil bacarığı; IIKO proqramı ilə yüksək səviyyədə işləmə bacarığı; Restoran və keytrinq sahəsində maliyyə nəzarətinə maraq; Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı. İş şəraiti: İş yeri: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23; İş qrafiki: 6 günlük; Nahar şirkət tərəfindən təmin olunur; Əməkhaqqı: Razılaşma yolu ilə. Uyğun namizədlər CV'lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Cost Controller” qeyd edərək göndərə bilər.