Местоположение: Bakı
Mühasib Təcrübə Proqramı, Təlim və İş bir arada, 100% İş Təminatlı Mühasib Təcrübə Proqramı — 3 Ay Təcrübəçi mühasib ol, 3 ay sonra Mühasib kimi davam et. 3 ay sonra Crystal Accfin-də tam ştatla işə başlayırsınız. Bu sadəcə vəd deyil — yazılı zəmanətdir. Mühasibatlıq üzrə ali təhsiliniz var - amma iş tapmaq üçün təcrübə, təcrübə qazanmaq üçün isə iş lazımdır. Crystal Accfin-in Mühasib Təcrübə Proqramı bu çevrəni qırır: real iş mühitində 3 aylıq intensiv təcrübə, peşəkar mentorluq — və proqramın sonunda tam ştatla işə qəbul zəmanəti. Bu proqram sənin üçündür əgər: Mühasibatlıq üzrə ali təhsilin var 30 yaşına qədərsən Real iş mühitində praktiki bacarıqlar qazanmaq istəyirsən Karyerana etibarlı və sürətli başlanğıc etmək istəyirsən ACCA FA sertifikatın var (üstünlük verilir) Proqram Necə İşləyir? Müddət - 3 ay Gündəlik rejim - Həftədə 5 gün, gündə 4 saat Təlim vaxt - Gündə 2 saat - praktiki təlim və mentor rəhbərliyi İş vaxtı - Gündə 2 saat - real iş mühitində praktiki icra Status - 1/4 ştat işçi kimi rəsmi qeydiyyat Aylıq əmək haqqı ilk 3 ay - 100 AZN (vergi və sosial yığımlar Crystal Accfin tərəfindən ödənilir) Aylıq təlim haqqı ilk 3 ay - 390 AZN (ilk 3 ay təlim prosesində tələbə-namizəd tərəfindən ödənilir) Aylıq əmək haqqı 3 ay sonra - 400 AZN (3 ay sonra Mühasib vəzifəsi ilə işə davam edir) Proqrama qəbul olunan namizəd ilk gündən rəsmi işçi statusu qazanır — təcrübəçi mühasib vəzifəsi ilə əmək müqaviləsi bağlanır, staj başlayır, əmək kitabçasına qeyd edilir. Proqramda nələri öyrənəcəksiniz? Gündəlik mühasibatlıq əməliyyatlarının 1C 8.3 proqram təminatında icrası Vergi Məcəlləsi üzrə vergi hesablamalarının aparılması Əmək Məcəlləsi üzrə kadr sənədləşməsi və əmək haqqı hesablamaları Elektron qaimələrin, bəyannamələrin və dövlət portallarında əməliyyatların icrası Real biznes sənədləri və hesabatlarla iş Seçim Prosesi Proqrama yalnız 1 namizəd qəbul edilir. Müraciətlər arasından seçim keçirilir — CV, müsahibə və qiymətləndirmə əsasında. Ödəniş seçim prosesindən sonra, proqrama başlamazdan əvvəl həyata keçirilir. Daha ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı linkdən istifadə edin, və ya Müraciət et düyməsində qeyd olunanformu dolduraraq müraciət edə bilərsiniz. https://www.crystalaccfin.com/offer/muhasib-tecrube-proqrami-100-is-teminatli