Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Windows və Linux serverlərinin quraşdırılması, konfiqurasiyası, idarə olunması və fasiləsiz fəaliyyətinin təmin edilməsi. Windows Server (2012/2016/2019/2022) mühitinin idarə olunması. Active Directory, Group Policy, DNS, DHCP və File Server xidmətlərinin qurulması və idarə olunması. IIS, Apache və Nginx veb serverlərinin quraşdırılması, konfiqurasiyası və optimallaşdırılması. PHP, ASP.NET və digər veb tətbiqlərinin serverlərdə yerləşdirilməsi (Deployment) və idarə olunması. MSSQL Server və MySQL/MariaDB verilənlər bazalarının idarə olunması, ehtiyat nüsxələrinin alınması və yüksək əlçatanlıq (High Availability) həllərinin tətbiqi. MSSQL Always On, Failover Cluster və digər klaster həllərinin qurulması və idarə olunması. VMware ESXi, VMware vCenter və Hyper-V virtualizasiya platformalarının idarə olunması. Veeam Backup & Replication sistemi vasitəsilə ehtiyat nüsxələmə, replikasiya, bərpa (Restore) və Disaster Recovery proseslərinin idarə olunması. Cloud platformalarında (AWS, Microsoft Azure, Google Cloud və s.) virtual serverlərin yaradılması, konfiqurasiyası, idarə olunması və internet (Public) üzərindən əlçatanlığının təmin edilməsi. Cloud infrastrukturunda Virtual Machine, VPC/VNet, Storage, Security Group/Firewall, Load Balancer, Public IP və DNS xidmətlərinin idarə olunması. Cloudflare (DNS, Proxy, WAF, Cache və s.) xidmətlərinin idarə olunması. SSL sertifikatlarının quraşdırılması, yenilənməsi və idarə olunması. Reverse Proxy, Load Balancer və High Availability (HA) həllərinin tətbiqi. Domen, Hosting, DNS və e-poçt xidmətlərinin idarə olunması. 3CX IP PBX telefon sisteminin quraşdırılması, konfiqurasiyası və idarə olunması. Serverlərin monitorinqi, performansının optimallaşdırılması və nasazlıqların operativ aradan qaldırılması. Server təhlükəsizliyinin təmin edilməsi, istifadəçi hüquqlarının idarə olunması və audit proseslərinin həyata keçirilməsi. Texniki sənədləşdirmənin aparılması və istifadəçilərə texniki dəstəyin göstərilməsi. Namizədə tələblər Windows və Linux server əməliyyat sistemləri üzrə minimum IIS, Apache və Nginx veb serverləri ilə işləmək üzrə praktiki təcrübə. Active Directory, Group Policy, DNS, DHCP və File Server xidmətləri üzrə biliklər. MSSQL Server, MySQL/MariaDB, Always On və Failover Cluster həlləri üzrə biliklər. VMware ESXi, VMware vCenter və ya Hyper-V virtualizasiya platformaları ilə işləmək təcrübəsi. Veeam Backup & Replication sistemi ilə işləmək bacarığı. Cloud platformaları (AWS, Microsoft Azure, Google Cloud və ya digər) ilə işləmək bacarığı. Cloud infrastrukturunun iş prinsiplərini, Virtual Machine, VPC/VNet, Storage, Security Group/Firewall, Load Balancer, Public IP və DNS anlayışlarını bilmək. Cloud mühitində virtual serverlərin yaradılması, konfiqurasiyası və internet (Public) üzərindən əlçatanlığının təmin edilməsi bacarığı. Cloud mühitində DNS, SSL sertifikatları, IIS, Apache və Nginx veb serverlərinin konfiqurasiyası üzrə praktiki təcrübə. Cloud mühitində təhlükəsizlik siyasətlərinin tətbiqi, monitorinq, performans optimallaşdırılması və Backup/Disaster Recovery həlləri üzrə biliklər. Cloudflare xidmətləri ilə işləmək təcrübəsi. 3CX IP PBX telefon sistemləri ilə işləmək təcrübəsi. SSL sertifikatları, Reverse Proxy, Load Balancer və High Availability həlləri üzrə biliklər. TCP/IP, DNS və server infrastrukturu üzrə yaxşı biliklər. PowerShell və ya Bash skriptləri yazmaq bacarığı. Zabbix, PRTG, Grafana və ya oxşar monitorinq sistemləri ilə işləmək təcrübəsi. Problemləri operativ analiz etmək və həll etmək bacarığı. Texniki sənədlərlə işləmək üçün kifayət qədər ingilis dili biliyi. Üstünlük hesab olunur: Docker, Kubernetes, Git və CI/CD prosesləri haqqında ilkin biliklərin olması Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .