Yüklənir...
Местоположение: Bakı
De Valeur mağazalar şəbəkəsi kamera qarşısında rahat danışa bilən, premium məhsulları peşəkar şəkildə təqdim edəcək və sosial media hesablarımızın idarə olunmasında aktiv iştirak edəcək xanım əməkdaş axtarır. Vəzifələr Reels, Story və digər video çəkilişlərində iştirak etmək; Saat, eynək, çanta və digər premium məhsulları təqdim etmək; Instagram və TikTok üçün gündəlik kontent planlamaq və paylaşmaq; Kampaniya və reklam paylaşımlarını hazırlamaq; Müştəri mesajlarını və şərhlərini operativ cavablandırmaq; Sosial media trendlərini izləmək və yeni kontent ideyaları təklif etmək; Səhifənin aktivliyini və izləyici əlaqəsini artırmaq. Tələblər Kamera qarşısında sərbəst və inamlı danışıq; Azərbaycan dilində səlis nitq və düzgün yazı bacarığı; CapCut, Canva və ya oxşar proqramlar üzrə baza bilikləri; Səliqəli görünüş və təqdimat bacarığı; Kreativ, məsuliyyətli, operativ və təşəbbüskar olmaq. İş şərtləri İş qrafiki: 10:00 – 19:00 Əmək haqqı: 500–800 AZN (təcrübə və bacarıqlardan asılı olaraq) + bonus imkanı; Rəsmi əmək müqaviləsi. Biz nə təklif edirik? Premium seqment məhsullarla işləmək; Yaradıcılığınızı göstərə biləcəyiniz dinamik iş mühiti; Güclü kontent portfolionu formalaşdırmaq imkanı; Uzunmüddətli və stabil iş; Karyera və gəlir artımı perspektivi. CV-nizi və ya özünüzü təqdim edən qısa videonu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.