Местоположение: Bakı
İş şəraiti Məşğulluq növü: Tam ştat (İş qrafiki: I-V günlər, 09:00 - 18:00) Ünvan: Bakı şəhəri, Azur biznes mərkəzi İşin təsviri və öhdəliklər Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alışı, istismara verilməsi, yerinin dəyişdirilməsi, təmir xərclərinin kapitallaşdırılması və silinməsi əməliyyatlarının əməliyyat sistemində dərhal və dəqiq əks etdirmək; ƏV üzrə amortizasiya xərclərini hesablamaq; Əsas vəsaitlərin dövri inventarizasiya prosesində iştirak etmək, nəticələri təhlil etmək və kənarlaşmaları mühasibatlıq sistemində əks etdirmək. İcarə müqavilələrinin şərtləri dəyişdikdə (uzadılma, ləğv edilmə, məbləğ dəyişikliyi) uçot üzrə yeniləmələri həyata keçirmək; İcarə ödənişlərinin və faiz xərclərinin düzgünlüyünə nəzarət etmək; Əsas vəsaitlər və icarələr üzrə aylıq, rüblük və illik daxili hesabatlar hazırlamaq; Kənar və daxili audit zamanı aktivlər və icarələr üzrə tələb olunan məlumat və sənədləri təqdim etmək; Vergi və MHBS uçotu arasındakı fərqləri izləmək və uyğunsuzluqları tənzimləmək. Namizədə olan tələblər İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil. Əsas vəsaitlərin uçotu üzrə minimum 1-2 il iş təcrübəsi (MHBS 16 üzrə praktiki təcrübənin olması böyük üstünlükdür). Proqram bilikləri:Logo-Tiger , MS Excel Sertifikatlar: ACCA F3 (Financial Accounting) sertifikatının olması üstünlükdür. Şirkətimizin təklif etdiyi imkanlar Rəqabətqabiliyyətli əməkhaqqı; Peşəkar və mehriban iş mühiti; Karyera yüksəlişi və peşəkar inkişaf imkanları. Korporativ nömrə, nahar təminatı və servis xidməti Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Əsas vəsaitlər və icarələr üzrə mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.