Xərclər üzrə mühasib - Decoliv

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Gündəlik xərcləri izləmək, onların təsdiqini, məbləğlərin düzgünlüyünü yoxlamaq və müvafiq xərc maddələri üzrə tam dəqiqliklə işləmək; Xərc maddələrini şöbələr üzrə düzgün bölüşdürmək, uyğunsuzluqlar aşkar edildikdə dərhal aradan qaldırılmasını təmin etmək; Satınalma şöbəsi tərəfindən alınan məhsulların sənədlər əsasında proqrama düzgün işlənilməsinə nəzarət etmək və təchizatçılarla mütəmadi üzləşmələr aparmaq; Dövri olaraq kreditorlar ilə üzləşmə aktlarını bağlamaq, yaranan fərqləri araşdırmaq və aradan qaldırmaq; Gələcək dövrün xərcləri (GDX), habelə Kapital xərcləri (CAPEX) və Əməliyyat xərclərinin (OPEX) fərqini bilmək və uçotunu qaydalara uyğun aparmaq; Əsas vəsaitlərin amortizasiya hesablanması metodlarını bilmək və onların mühasibat uçotunu düzgün təşkil etmək; Ciddi hesabat blankları, müqavilələr, qiymət razılaşdırma protokolları, invoyslar, təhvil-təslim aktları və e-qaimə fakturaları ilə işləmək. Tələblər: Müvafiq sahədə minimum  2 il  iş təcrübəsinə malik olmaq; Maliyyə, mühasibatlıq və vergi qanunvericiliyi üzrə nəzəri və praktiki biliklərə sahib olmaq; Yüksək analitik düşünmə və detallara diqqət yetirmək bacarığına malik olmaq; MS Office üzrə yaxşı səviyyədə biliklər; Pərakəndə satış (Retail) sahəsində və şəbəkə mağazalarında iş təcrübəsinə malik olmaq üstünlükdür; Beynəlxalq sertifikatların olması üstünlükdür. Şirkətimizin təklif etdiyi imkanlar Rəqabətqabiliyyətli əməkhaqqı; Peşəkar və mehriban iş mühiti; Karyera yüksəlişi və peşəkar inkişaf imkanları. Korporativ nömrə, nahar təminatı və servis xidməti Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində  "Xərclər üzrə mühasib"  qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.