Yüklənir...
Местоположение: Bakı
Karyera qurmaq və peşəkar komandaya qoşulmaq istəyənlər üçün əla imkan – Kiçik mühasib vakansiyası üzrə əməkdaş axtarırıq! Tələb olunan bacarıqlar: Ali təhsil (maliyyə, iqtisadiyyat); Ən azı 1 ilə yaxın ixtisasına görə təcrübə; Ünsiyyətcil və komanda daxilində çalışmaq bacarığı; Məsuliyyətli və işində diqqətli olmaq; MS Office proqramları; 1C sahəsində iş təcrübəsi; Vəzifə və öhdəliklər: Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili; Bank ödənişlərinin həyata keçirilməsi; Digər gündəlik və aylıq kreditor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi; Sənəd dövriyyəsinə və arxivləşdirməyə nəzarət; Gündəlik əməliyyatlarının 1C proqramında işlənməsi; Qaimə-fakturaların hazırlanması və yoxlanması; Sənədlərin arxivləşdirilməsi və qaydalara uyğun saxlanması; Debitor və kreditorlarla üzləşmələrin edilməsi, üzləşmə aktlarının qarşılıqlı təsdiqlənməsinin təqibi və nəzarəti; Rəhbərlik tərəfindən verilən hesabatların hazırlanması. İş şəraiti Əmək haqqı: 800-1000 AZN. Tibbi sığorta İş qrafiki: 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00. İş yeri: Badamdar qəsəbəsi Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda (xanım namizədlər) CV- nizi“subject” (mövzu) hissəsində Kiçik mühasib qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.