Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Müştəri ilə görüşlərin və ilkin tədqiqatların müstəqil aparılması, tələblərin toplanması, təhlili və formallaşdırılması. Biznes proseslərinin təhlili, AS-IS və TO-BE modellərinin hazırlanması, proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi. Həllərin layihələndirilməsi, funksional və qeyri-funksional tələblərin, biznes qaydalarının və qəbul meyarlarının müəyyən edilməsi. Elektron sənəd dövriyyəsi sistemlərinin və korporativ intranet portallarının tətbiqi və sazlanması. Texniki tapşırıqların hazırlanması, razılaşdırılması və icrasına nəzarət. Test ssenarilərinin hazırlanması, UAT prosesinin təşkili, tələblərə uyğunluğun yoxlanılması, uyğunsuzluqların sənədləşdirilməsi və dəyişiklik sorğularının idarə edilməsi. Müştəri və digər maraqlı tərəflər üçün təqdimatların keçirilməsi və həllərin nümayiş etdirilməsi. Proqramçılar, test mütəxəssisləri və müştərinin texniki komandası ilə qarşılıqlı əməkdaşlıq. Texniki heyət və sistemin son istifadəçiləri üçün təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi. Layihə və texniki sənədlərin hazırlanması. Tətbiq edilmiş sistemlər üzrə məsləhət və texniki dəstəyin göstərilməsi. Tələblər: Təhsil: Ali təhsil İş təcrübəsi: 3-5 il İnformasiya texnologiyaları, mühəndislik, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil. BPMN və UML notasiyalarından ən azı biri üzrə bilik və praktiki təcrübə. Korporativ informasiya sistemlərinin tətbiqi və ya hazırlanması layihələrində biznes analitiki kimi ən azı 3 illik iş təcrübəsi. Məntiqi, aydın və strukturlaşdırılmış analitik və texniki sənədlər hazırlamaq bacarığı. Microsoft Visio, ARIS və ya analoji modelləşdirmə alətləri ilə iş təcrübəsi. SQL üzrə praktiki biliklər; SOAP və REST API, JSON/XML strukturları və veb-servislərlə iş prinsipləri haqqında bilik. Korporativ informasiya sistemlərinin inteqrasiyası üzrə iş təcrübəsi; inteqrasiya tələblərinin, məlumat sahələrinin uyğunlaşdırılması (mapping), autentifikasiya və xəta ssenarilərinin hazırlanması, Swagger/OpenAPI və Postman ilə işləmək bacarığı. UAT prosesinin təşkili, tələblərin icrasının izlənməsi və dəyişiklik sorğularının idarə edilməsi üzrə təcrübə. Layihə və tapşırıq idarəetmə sistemləri ilə iş təcrübəsi (Bitrix24, Jira, Trello və s.). Agile/Scrum və Waterfall metodologiyalarının iş prinsipləri haqqında bilik və layihə təcrübəsi. Azərbaycan və rus dillərində sərbəst şifahi və yazılı ünsiyyət; ingilis dilində texniki sənədləri və API spesifikasiyalarını oxuyub anlamaq bacarığı. Yüksək ünsiyyət və təqdimat bacarıqları, məsuliyyətlilik, dəqiqlik və stresə davamlılıq. Analitik istiqamət üzrə işi müstəqil planlaşdırmaq, müştəri ilə effektiv ünsiyyət qurmaq və komandada işləmək bacarığı. Öyrənməyə və peşəkar inkişafa açıq olmaq. Üstünlük hesab olunan bilik və təcrübə: Korporativ informasiya sistemlərinin, xüsusilə elektron sənəd dövriyyəsi və insan resurslarının idarə edilməsi sistemlərinin tətbiqi üzrə iş təcrübəsi; RSD (Rəqəmsal Sənəd Dövriyyəsi) sistemi ilə inteqrasiya üzrə iş təcrübəsi; Korporativ və low-code sistemlərdə iş axınlarının (workflow), sənəd kartlarının, biznes qaydalarının, rol və giriş hüquqlarının sazlanması üzrə iş təcrübəsi; Linux, Docker və Microsoft əməliyyat sistemləri haqqında biliklər; Əmək şəraiti: Əmək haqqı: 2 000 -2 500 AZN (net), namizədin bilik və təcrübəsindən asılı olaraq; KPI-lərə çatdıqda rüblük bonus; İş qrafiki: bazar ertəsindən cüməyədək, saat 09:00-18:00; İş yeri: şəhər mərkəzi, Passage 1901, Nigar Rəfibəyli küçəsi 12; Mehriban və peşəkar kollektiv; Maraqlı layihələr və peşəkar bacarıqları nümayiş etdirmək imkanı; Karyera və peşəkar inkişaf imkanları; Peşəkar təlimlərdə iştirak imkanı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .