Yüklənir...
Местоположение: Bakı
Şöbə : İnformasiya texnologiyaları şöbəsi İş yeri: Bakı İş şəraiti: Standart- ofis İş rejimi: 5 günlük 09:00-18:00 Namizədə tələblər: Təhsil: Ali təhsil; Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il təcrübə; Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı; Kompüter bacarığı: MS Office – yüksək səviyyədə, 1 C 8.3 yüksək səviyyədə, ERP üzrə biliklər-yüksək səviyyədə, SQL üzrə ümumi biliklərin olması arzuolunandır. Digər tələblər: Operativlik; Analitik düşünmə bacarığı. Vəzifə öhdəlikləri: 1C sistemləri səviyyəsində məlumatların təhlükəsizliyi siyasətinin işlənib hazırlanmasında iştirak etmək; 1C sistemlərinin fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq; 1C sistemlərinin ehtiyat nüsxələrinin saxlanılmasının avtomatlaşdırma üsullarını hazırlamaq; 1C sistemlərinin işində baş verə biləcək xətaların proqnozlaşdırılması və dəyərləndirilməsi prosesini yerinə yetirmək; 1C sistemlərinin dəstəyi üçün metodiki təlimatları işləyib hazırlamaq; 1C sistemlərinin işindəki xətaların təhlili və baş vermə səbəblərini aşkar etmək; 1C sistemlərinin ehtiyat nüsxəsinin yaradılması üçün avtomatik prosedurları işləyib hazırlamaq; Qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklikləri proqrama işləmək; Biznes prosses üzərindən tətbiq edilən təsdiq mexanizmi üzərindən əməliyyatlar aparmaq. Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “ 1 C inzibatçısı ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Müraciət maili hr@dea.az