Aparıcı mütəxəssis - Dövlət qurumu, Publik Hüquqi Şəxs

Местоположение: Bakı

Şöbə : Hüquq şöbəsi İş yeri:  Bakı İş şəraiti: Standart- ofis İş rejimi:  5 günlük 09:00-18:00 Namizədə tələblər: Təhsil: Ali təhsil (Hüquq ixtisası üzrə); Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il təcrübə; Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı; Kompüter bacarığı: MS Office-yaxşı səviyyədə. Digər tələblər: Dəqiqlik və detallara fikir vermək qabiliyyəti; Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Sənədlərin hüquqi ekspertizasını həyata keçirmək; Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvericilik çərçivəsində həll etmək; Məhkəmə və digər dövlət orqanlarına sənədlər hazırlamaq; İşçilər ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməklik göstərmək; Məhkəmə mübahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.); Hüquqi xarakterli daxili sənədləri işləyib hazırlamaq; Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq; Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlamaq. Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “ Hüquqşünas ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.  Müraciət maili   hr@dea.az