Baş mütəxəssis/ SƏTƏMM şöbəsi - Dövlət qurumu, Publik Hüquqi Şəxs

Местоположение: Bakı

İş barədə məlumat: İş yeri:  Bakı İş şəraiti: Standart- ofis İş rejimi:  5 günlük 09:00-18:00 Namizədə tələblər: Təhsil: Ali təhsil (ekologiya, mühəndislik, əməyin mühafizəsi, fövqəladə hallar və ya aiddiyəti sahələr üzrə); Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il təcrübə; Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı; Kompüter bacarığı: MS Office-yaxşı səviyyədə. Digər tələblər: Dəqiqlik və detallara fikir vermək qabiliyyəti; Komandada işləmək bacarığı; Dashboardların hazırlanmasını və idarə edilməsini təmin etmək. Vəzifə öhdəlikləri: Risk və hadisə reyestrlərini hazırlamaq və yeniləmək; Təhlükə və risk qiymətləndirmə matrislərini qurmaq; SƏTƏMM üzrə məlumat bazalarını idarə etmək; SƏTƏMM və təhlükəsizlik üzrə təlimləri təşkil etmək və keçirmək; Təlim proqramlarını və materiallarını hazırlamaq; İşçilər arasında təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsini təmin etmək;  Ətraf mühitə təsirlərin qiymətləndirilməsini aparmaq; Ekoloji risklərin azaldılması üzrə tədbirlər hazırlamaq; Ekoloji normativlərin tətbiqinə nəzarət etmək və monitorinq aparmaq; Müəssisədə fövqəladə hallara hazırlıq planlarını hazırlamaq və tətbiq etmək; Mülki müdafiə planlarını işləmək və mütəmadi yeniləmək; Təxliyə planlarını hazırlamaq və təlimləri təşkil etmək; Fövqəladə hallarda operativ qərarverməni və koordinasiyanı həyata keçirmək; Riskləri (yanğın, texnogen qəza, təbii fəlakət və s.) qiymətləndirmək; FHN tələblərinə uyğun sənədləşmə və hesabatlılıq işlərini aparmaq.  Müraciət qaydası: Maraqlanan namizədlər CV-lərini 'Müraciət et' bölməsindəki elektron poçt ünvanına, mövzu hissəsində 'Jooble.az vakansiyalar – Baş mütəxəssis/ SƏTƏMM şöbəsi' qeyd etməklə göndərə bilərlər. e-mail: hr@dea.az