Anbardar - East Trade

Местоположение: Bakı

East Trade MMC komandamıza Anbardar vəzifəsi üzrə məsuliyyətli və işgüzar namizəd axtarır. Əmək şəraiti Əmək müqaviləsi ilə işə qəbul İş qrafiki: Həftədə 6 iş günü Əmək haqqı: 750 AZN Vəzifə öhdəlikləri Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılmasını həyata keçirmək; Malların növlərinə uyğun şəkildə səliqəli yığılmasını və saxlanılmasını təşkil etmək; Malların qəbulunu planlaşdırmaq və uçotunu aparmaq; Anbardaxili əməliyyatların gündəlik uçotunu təşkil etmək; Mal və materialların inventar qeydiyyatını aparmaq; Anbarda malların standartlara uyğun yığılmasına və saxlanılmasına nəzarət etmək; Qəbul edilən malların satış üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək; Anbar qalıqlarının mütəmadi uçotunu aparmaq; Malların xarab olmasının və itkilərin qarşısını almaq üçün onların düzgün mühafizəsini təmin etmək; Görülən işlər barədə birbaşa rəhbərliyə mütəmadi hesabat təqdim etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və düzgün icra etmək. Tələblər Anbar təsərrüfatının idarə olunması qaydalarını bilmək; İlkin uçot sənədlərinin tərtibi və doldurulması qaydalarına bələd olmaq; Materialların hərəkəti, uçotu və mühafizəsi sahəsində biliklərə sahib olmaq; Müşayiətedici sənədlərin düzgün rəsmiləşdirilməsi qaydalarını bilmək; Materialların anbarda saxlanılması və qorunması üsullarını bilmək; Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 055 220 40 50 nömrəsi ilə əlaqə saxlaya bilərlər.