Document Controller / Sənəd Nəzarətçisi - EcoBuild MMC

Местоположение: Bakı

İşin təsviri Şirkətimizin Ələt ərazisində yerləşən tikinti layihəsi üzrə  Document Controller / Sənəd Nəzarətçisi  vəzifəsinə namizəd axtarılır. Document Controller layihə çərçivəsində sənəd dövriyyəsinin düzgün idarə olunmasına, daxil olan və göndərilən sənədlərin qeydiyyata alınmasına, sistemləşdirilməsinə, arxivləşdirilməsinə və aidiyyəti şəxslərə vaxtında yönləndirilməsinə cavabdehdir. Vəzifənin əsas məqsədi layihə üzrə rəsmi, texniki və inzibati sənədlərin sistemli şəkildə idarə edilməsini və sənəd nəzarətinin düzgün aparılmasını təmin etməkdir. Vəzifə öhdəlikləri Layihə üzrə daxil olan və göndərilən sənədlərin qəbul edilməsi, qeydiyyata alınması və sistemləşdirilməsi; Müqavilə, məktub, akt, protokol, hesabat, şəkil, texniki sənəd və digər layihə sənədlərinin düzgün idarə olunması; Sənədlərin elektron və kağız formatda saxlanılması, arxivləşdirilməsi və müvafiq qaydada qorunması; Sənədlərin aidiyyəti şöbə, əməkdaş, sifarişçi, subpodratçı və digər tərəflərə vaxtında yönləndirilməsi; Daxil olan və göndərilən sənədlərin tarix, nömrə, status və icra müddəti üzrə izlənilməsi; Sənəd dövriyyəsi üzrə qeydiyyat jurnallarının, siyahıların və müvafiq bazaların aparılması; Sənədlərin son versiyalarının izlənilməsi və köhnəlmiş sənədlərin düzgün qaydada arxivləşdirilməsi; Layihə üzrə məktublaşmaların, transmittal-ların və digər rəsmi yazışmaların sistemli şəkildə saxlanılması; Layihə rəhbərliyi üçün tələb olunan sənəd siyahılarının, hesabatların və məlumatların hazırlanması; Daxili şöbələr, sifarişçi, subpodratçılar və tərəfdaşlarla sənəd mübadiləsinin təmin edilməsi; Sənədlərin məxfiliyinin, tamlığının və düzgün saxlanılmasının təmin edilməsi; Rəhbərliyin tapşırıqlarına əsasən sənədləşmə ilə bağlı digər inzibati işlərin icra edilməsi. Tələblər Müvafiq sahə üzrə ali təhsil; Sənədləşmə, ofis işi və sənəd nəzarəti sahəsində  minimum 2- 3 il iş təcrübəsi ; Document Controller və ya layihə sənədləşməsi üzrə iş təcrübəsi; MS Office proqramlarında, xüsusilə  Word  və  Excel  proqramlarında sərbəst işləmək bacarığı; Sənəd dövriyyəsi, qeydiyyat, arxivləşdirmə və sənədlərin sistemləşdirilməsi üzrə bilik və bacarıqlar; Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili biliyi —  minimum B2 səviyyəsi ; Tikinti və layihə mühitində sənədlərlə iş təcrübəsi üstünlükdür; Qaradağ, Sahil, Ələt və Lökbatan ərazilərində yaşayan namizədlərə üstünlük veriləcək ; Diqqətli, məsuliyyətli, nizam-intizamlı və operativ olmaq; Komandada işləmək və tapşırıqları vaxtında icra etmək bacarığı. İş şəraiti İş yeri:  Ələt ; İş qrafiki:  6 günlük iş rejimi ; Əmək haqqı:  950 AZN başlanğıc ; Stabil və peşəkar iş mühiti; Böyükmiqyaslı tikinti layihəsində təcrübə qazanmaq imkanı; Şəxsi və peşəkar inkişaf imkanları. Namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində  “Document Controller”  qeyd etmələri xahiş olunur.