Qrafik dizayner - Efendiler Group

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Avtomobil brendinə uyğun marketinq və reklam materiallarının hazırlanması (banner, broşür, sosial media postları və s.); Avtomobil modellərinin təqdimatı üçün vizual konseptlərin işlənməsi; Dizayn trendlərinə uyğun olaraq kreativ həllər təklif etmək; Rəqəmsal və çap materialları üçün yüksək keyfiyyətli dizaynların hazırlanması; Komanda ilə sıx əməkdaşlıq və brend tələblərinə uyğun dizaynların təqdim edilməsi; Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatların təqdim edilməsi; Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan tapşırıqları yerinə yetirmək; Namizədə tələblər:  Marketinq, Qrafik dizayn sahəsində ali təhsil və ya peşəkar təlim; Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi; Adobe Photoshop, Illustrator, InDesign proqramlarında yüksək səviyyədə işləmə bacarığı; Avtomobil və texnika sahəsinə maraq və bu sahədə portfolionun olması üstünlükdür; Kreativ düşüncə və detallara diqqət; Operativ və məsuliyyətli olmaq; İş şərtləri:  Həftədə 6 iş günü Əmək haqqı: net 1700 azn İş yeri: Babək pr.35 Dinamik və innovativ komanda mühiti Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə Peşəkar inkişaf imkanları; Müasir avadanlıq və proqram təminatı ilə təchiz olunmuş iş mühiti. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz portfolio və CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Qrafik dizayner” yazaraq göndərmələri xahiş olunur.