Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Yerli və xarici satınalma proseslərinin planlaşdırılması, təşkili və idarə edilməsi; Yerli və beynəlxalq təchizatçılarla effektiv əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi; Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və seçim prosesinin həyata keçirilməsi; Qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə danışıqların aparılması; Müqavilələrin hazırlanması, icrasına nəzarət və satınalma sənədlərinin düzgün idarə olunması; Satınalma strategiyasının hazırlanması və xərclərin optimallaşdırılması; Logistika, maliyyə, anbar və satış şöbələri ilə koordinasiyalı fəaliyyət göstərilməsi; Bazar araşdırmalarının aparılması, qiymət analizlərinin hazırlanması və rəhbərliyə hesabatların təqdim edilməsi; Satınalma komandasının idarə olunması və iş proseslərinin təkmilləşdirilməsi. Namizədə tələblər: Satınalma sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi; Xarici satınalma və beynəlxalq tədarük prosesləri üzrə praktiki təcrübə; Meyvə-tərəvəz, qida məhsulları və ya FMCG sahəsində iş təcrübəsi mütləqdir; Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək; Güclü analitik düşüncə, danışıqlar aparmaq və liderlik bacarıqları; MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı; Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq. Şirkət təklif edir: Əməkhaqqı müsahibə əsasında müəyyən edilir; Peşəkar və dinamik iş mühiti; Karyera və peşəkar inkişaf imkanları; Korporativ mobil nömrə; Nahar təminatı; Xarici ezamiyyət imkanları. İş yeri: Bakı Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma Rəhbəri” qeyd etməklə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər