Местоположение: Bakı
Təsvir Kredit bazarının təhlil edilməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin cəlb olunması; Mikro kreditlər üzrə sifarişlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədlərin toplanması; Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinqin keçirilməsi; Kredit memorandumunun tərtib olunması və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim olunması; Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim olunması; Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin olunması; Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi işin aparılması və borcların ödənilməsi istiqamətində tədbirlərin görülməsi. Aylıq satış planlarının yerinə yetirilməsi; Mikro kredit sahəsi üzrə təcrübəçilərin hazırlanmasında iştirak; Mikro kredit sahəsi üzrə yeni cəlb edilmiş kredit işçilərinin banka uyğunlaşmasında birbaşa dəstək. Tələblər Ali təhsil; Müvafiq sahə üzrə iş təcrübəsi; Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı; Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək; Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti; Ünsiyyətqurma və komandada işləmək bacarığı. Vakansiya haqqında Vakansiya növü Tam ştat Təcrübə 3-4 il Vəzifə dərəcəsi Mütəxəssis Təhsil Bakalavr İmtiyazlar Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər; Peşəkar korporativ mühitdə işləmək imkanı Professional və maddi inkişaf perspektivləri; Tibbi sığorta paketi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.