Lizinq mütəxəssisi - Falcon Finance

Местоположение: Bakı

BOKT “Falcon Finance” MMC Lizinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. İş şəraiti Ərazi: Bakı Maaş: Razılaşma İş rejimi:  Tam iş günü (5 gün) Müqavilə: Əmək müqaviləsi Əsas vəzifələr: Lizinq məhsullarının satışını həyata keçirmək və yeni müştərilərin cəlb edilməsini təmin etmək; Potensial müştərilərlə görüşlər keçirmək, lizinq məhsulları və şərtləri barədə ətraflı məlumat vermək; Lizinq müraciətlərini qəbul etmək, ilkin təhlilini aparmaq və müraciət prosesini idarə etmək; Müştərilərdən tələb olunan sənədləri toplamaq, yoxlamaq və tamlığını təmin etmək; Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək; Lizinq dosyelərini hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək; Təsdiq edilmiş lizinq əməliyyatlarının rəsmiləşdirilməsi prosesində iştirak etmək; Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək, yüksək xidmət keyfiyyətini təmin etmək və satış hədəflərinin icrasına nail olmaq; Daxili prosedur və qaydalara uyğun sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetrimək. Tələblər: Yaş: 25 — 45 yaş Təhsil: Ali təhsil  Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi ( yalnız Bank, BOKT təcrübəsi olan namizədlərə  üstünlük veriləcəkdir); Güclü analitik qabiliyyət və satış bacarığı; Təhlil, qərarvermə və ünsiyyət bacarıqları; MS Office proqramlarında işləmək bacarığı. Göstərilən tələblərə cavab verən, namizədlərin  CV-lərini “lizinq mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.