Yüklənir...
Местоположение: Bakı
Şirkət: “Hotels Qrup” MMC “FLY INN Baku” mehmanxanası Bilməlidir: Azərbaycan dili, İngilis dili və Rus dili; Opera programı bilmək üstünlükdür. Bacarmalıdır: Ünsiyyət bacarığı; Analitik düşüncə qabiliyyəti; Operativlik; Diqqətcil olmaq; Məsuliyyət səriştəsinə sahib olmaq. Xüsusi tələb: Satış və ya ictimaiyyətlə əlaqələrdə, tərcihən qonaqpərvərlik və ya səyahət sahəsində iş təcrübəsi Gözlənilən davranışlar: Nizam-intizam; Stresə dözümlülük; Gülərüz və mehriban olmaq; Komanda ilə işləmək bacarığı; Səliqəli görünüm; Yeniliklərə açıq olmaq Vəzifə öhdəlikləri: Qonaq şikayətləri ilə bağlı izləri daim təqib etmək və qonaq profili qeydlərini lazımi məlumatlarla yeniləmək; Şikayətləri və xüsusi müştərilərin istəklərini həll etmək; Xidmət səviyyələri barədə rəy almaq üçün qonaqlar ilə qarşılıqlı əlaqə qururulması; Qonaqların otaqla bağlı yaranan problemlərini həll etmək; Rezervasiyalar etmək, nəqliyyat təşkil etmək və yerli fəaliyyətlər barədə tövsiyələr vermək ; Housekeeping, qida və içki və digər departamentlərlə əməkdaşlıq edərək qonaq məmnuniyyətini təmin etmək ; Çıxış prosesini idarə edərək təşəkkür etmək və rəy almaq. İş qrafiki: İş qrafiki: 1 növbəli (İş və istirahət vaxtı növbəli iş qrafikinə əsasən müəyyən edilir) Əmək haqqı: Müsahibə əsasında bildiriləcək. Nahar şirkət tərəfindən verilir; İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində); Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu. Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Qonaqla əlaqələr üzrə nəzarətçi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən mail-ə göndərə bilərlər.