Yüklənir...
Местоположение: Bakı
"Focus Engineering & Construction" MMC həyata keçirdiyi iri miqyaslı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün məsuliyyətli, intizamlı və səyyar iş rejiminə uyğunlaşa biləcək Geoloq axtarır. Namizədə dair tələblər: Geologiya üzrə ali təhsil (bakalavr və ya magistr); Sahə geologiyası və geotexniki işlər üzrə ən azı 3 il iş təcrübəsi Torpaq və süxur nümunələrinin təhlili üzrə biliklər; Komandada işləmək bacarığı və operativ qərarvermə qabiliyyəti; Ezamiyyət rejimində işləmək imkanının olması; İngilis və ya rus dillərindən birini mütləq şəkildə bilmək. Vəzifə öhdəlikləri: Layihə sahəsində geoloji tədqiqatların aparılması və nəticələrin təhlili; Torpaq və süxur nümunələrinin toplanması, təsnifatı və laboratoriyalara göndərilməsi; Geotexniki və geoloji hesabatların hazırlanmasında iştirak; Geoloji xəritələrin və digər texniki sənədlərin işlənməsi; Çöl testlərinin yerinə yetirilməsi, emalı və interpretasiyası; Tikinti və mühəndis komandası ilə məlumatların koordinasiyası. Əmək haqqı və şərtlər: Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur; Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə. Tələblərə uyğun namizədlərdən CV-lərini, e-mailin mövzu hissəsində “Geoloq” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.