Местоположение: Bakı
İş barədə məlumat: "Focus Engineering & Construction" MMC həyata keçirdiyi iri miqyaslı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün məsuliyyətli, intizamlı və səyyar iş rejiminə uyğunlaşa biləcək Qazmaçı (Driller) axtarır. Namizədə dair tələblər: Qazma işləri üzrə müvafiq peşə hazırlığı və etibarlı sertifikatların olması mütləqdir; Geotexniki, geoloji və ya tikinti sahəsində qazma işləri üzrə minimum 2 il iş təcrübəsi; Müxtəlif qazma avadanlıqları ilə işləmək bacarığı; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət etmək; Komandada işləmək bacarığı və məsuliyyətli yanaşma; Ezamiyyət rejimində işləmək imkanının olması. Vəzifə öhdəlikləri: Layihə sahələrində geotexniki və geoloji qazma işlərinin həyata keçirilməsi; Qazma avadanlıqlarının təhlükəsiz və düzgün istismarının təmin edilməsi; Torpaq və süxur nümunələrinin düzgün götürülməsi və mühafizə olunması; Avadanlıqların gündəlik texniki vəziyyətinin yoxlanılması və nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi; İş sahəsində təhlükəsizlik qaydalarına və şirkət prosedurlarına riayət edilməsi; Geoloq və mühəndis heyəti ilə koordinasiyalı şəkildə fəaliyyət göstərilməsi. Əmək haqqı və şərtlər: Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur; Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə. Tələblərə uyğun namizədlərdən CV-lərini, e-mailin mövzu hissəsində “Qazmaçı (Driller)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.