Yüklənir...
Местоположение: Bakı
Fortis Construction komandamıza tikinti layihələrinin yüksək keyfiyyət standartlarına uyğun və müəyyən edilmiş müddətlərdə icrasını təmin edəcək peşəkar İnşaat Mühəndisi dəvət edir. Əsas vəzifə öhdəlikləri Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki şərtlərə və tikinti norma və qaydalarına uyğun icrasını təmin etmək; Tikinti prosesini planlaşdırmaq, iş qrafikinin icrasına nəzarət etmək və yaranan gecikmə risklərini operativ şəkildə aradan qaldırmaq; Layihə, çertyoj, smeta və texniki sənədləri təhlil etmək, icra zamanı yarana biləcək uyğunsuzluqları müəyyənləşdirmək; Podratçı, subpodratçı və sahə komandalarının fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə nəzarət etmək; Görülmüş iş həcmlərini yoxlamaq, ölçülərin düzgünlüyünü təmin etmək və icra sənədlərinin hazırlanmasında iştirak etmək; Material tələbatını planlaşdırmaq, materialların qəbuluna, düzgün istifadəsinə və sərfiyyatına nəzarət etmək; Tikinti prosesində yaranan texniki problemləri təhlil etmək, optimal həll yolları hazırlamaq və icrasını təmin etmək; Texniki ofis, sifarişçi, texniki nəzarət və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək; Layihənin gedişatı üzrə gündəlik və aylıq hesabatlar hazırlamaq, rəhbərliyi operativ məlumatlandırmaq; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və keyfiyyət standartlarının tikinti sahəsində tətbiqinə nəzarət etmək; Layihənin təhvil-təslim mərhələsində iştirak etmək, icra sənədlərinin tamlığını və düzgünlüyünü təmin etmək. Namizədə tələblər İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Tikinti norma və qaydaları, tikinti texnologiyaları və materialları üzrə biliklər; Layihə, smeta sənədləri və texniki çertyojlarla işləmək bacarığı; AutoCAD proqramında sərbəst işləmək bacarığı; MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək; Analitik düşünmə, problemlərin operativ həlli və qərarvermə bacarığı; Yüksək məsuliyyət, təşkilatçılıq, ünsiyyət və komanda ilə işləmək bacarığı; Rus və ingilis dillərini bilmək üstünlükdür. Üstünlük təşkil edir Revit, Civil 3D və ya Microsoft Project proqramları üzrə biliklər; Premium yaşayış və iri həcmli tikinti layihələrində iş təcrübəsi; Texniki ofis və sahə koordinasiyası sahəsində təcrübə. İş şəraiti Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq. İş növü: Tam ştat Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə (Sahə Rəisi) yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər