Yüklənir...
Местоположение: Bakı
Fortis Construction komandamıza tikinti proseslərinin yüksək keyfiyyətlə və müəyyən edilmiş vaxt çərçivəsində icrasını təmin edəcək peşəkar Sahə Rəisi dəvət edir. Vəzifə öhdəlikləri: Tikinti sahəsində bütün iş proseslərinin gündəlik planlaşdırılması, təşkili və idarə olunmasını təmin etmək; Tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə, texniki norma və standartlara uyğun icrasına nəzarət etmək; Tikinti işlərinin təsdiq edilmiş qrafikə uyğun və keyfiyyətlə başa çatdırılmasını təmin etmək; Sahədə çalışan mühəndis, usta, briqada və subpodratçıların fəaliyyətini koordinasiya etmək; Görülən işlərin keyfiyyətinə, əmək mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək; Materialların qəbulunu, düzgün istifadəsini və sərfiyyatını nəzarətdə saxlamaq; Texniki problemləri operativ şəkildə təhlil etmək və effektiv həll yolları təqdim etmək; Layihə rəhbəri, texniki nəzarət və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək; Görülmüş işlərin həcmini yoxlamaq, aktlaşdırılmasında iştirak etmək və mütəmadi hesabatlar hazırlamaq; Podratçı və subpodratçıların iş keyfiyyətini, müqavilə öhdəliklərinə və iş qrafikinə uyğun fəaliyyətini nəzarətdə saxlamaq; Tikinti sahəsində nizam-intizamın və istehsalat prosesinin fasiləsiz təşkilini təmin etmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək. Namizədə tələblər: İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; Tikinti sahəsində minimum 5 il , Sahə Rəisi vəzifəsində isə ən azı 3 il iş təcrübəsi; Monolit, betonarme, hörgü, fasad və daxili tamamlama işləri üzrə praktiki biliklər; Layihə-smeta sənədlərini, texniki çertyojları və işçi layihələri oxumaq bacarığı; Tikinti norma və qaydaları, keyfiyyət standartları və əməyin mühafizəsi tələblərini dərindən bilmək; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı (MS Project biliyi üstünlükdür); Güclü liderlik, planlaşdırma, təşkilatçılıq və qərarvermə bacarığı; Məsuliyyətli, operativ, nəticəyönümlü və komandada işləmək bacarığı. İş şəraiti Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq. İş növü: Tam ştat Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə (Sahə Rəisi) yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərə bilərlər