Xəritə Mühəndisi - Fortis Construction

Местоположение: Bakı

Əsas vəzifə öhdəlikləri Tikinti layihələri üzrə geodeziya və topoqrafik ölçmə işlərini həyata keçirmək; Total Station, GNSS/GPS, nivelir və digər geodeziya avadanlıqları ilə ölçmələr aparmaq; Layihə oxlarını, koordinatlarını və hündürlük nişanlarını sahəyə köçürmək; Tikinti işlərinin layihəyə uyğunluğunu yoxlamaq və geodeziya nəzarətini həyata keçirmək; Topoqrafik planlar, icra planları (As-Built) və digər texniki sənədləri hazırlamaq; Ölçmə nəticələrini emal etmək, hesabatlar hazırlamaq və aidiyyəti şöbələrlə koordinasiyalı işləmək; Geodeziya avadanlıqlarının düzgün istifadəsini və saz vəziyyətdə saxlanılmasını təmin etmək; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək. Namizədə tələblər Geodeziya və Xəritəçəkmə Mühəndisliyi, Topoqrafiya və ya müvafiq sahə üzrə ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Total Station, GNSS/GPS və nivelir cihazları ilə işləmək bacarığı; AutoCAD proqramında sərbəst işləmək bacarığı; AutoCAD Civil 3D və ya digər geodeziya proqramlarını bilmək üstünlükdür; Texniki çertyojlar və layihələrlə işləmək bacarığı; Məsuliyyətli, dəqiq, analitik düşünmə və komanda ilə işləmək bacarığı. İş şəraiti Əməkhaqqı:  Müsahibə əsasında razılaşdırılacaq. İş növü:  Tam ştat Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə  Xəritə Mühəndisi  yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər