Binaların idarəedilməsi və istismarı üzrə menecer (region) - Foton

Местоположение: Bakı

Nə təklif edirik? Bazar rəqabətinə uyğun əmək haqqı; Könüllü tibbi siğorta; (ailə paketi); “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük; Peşəkar komanda ilə işləmək fürsəti; İşçinin inkişafı üçün təlim, tədris proqramları.  İşin təsnifatı: Təhkim olunduğu bina və villaların idarə edilməsi; Bütün mühəndis sistemlərinin (HVAC, elektrik, su-kanalizasiya, işıqlandırma, lift, təhlükəsizlik və s.) fasiləsiz işləməsinin təmin edilməsi; Planlı və fövqəladə texniki baxım cədvəllərinin hazırlanması və icrasına nəzarət edilməsi; Müntəzəm obyekt yoxlamalarının aparılması və nasazlıqların müəyyən edilməsi; Yerli və beynəlxalq tikinti, yanğın, ətraf mühit və əməyin təhlükəsizliyi normalarına uyğunluğun təmin edilməsi; Təhlükəsizlik risklərinin qiymətləndirilməsi və müvafiq tədbirlərin görülməsi; Fövqəladə hallara dair prosedurların hazırlanması və məşqlərin təşkil edilməsi (yanğın təlimləri, təxliyə planı və s.); İllik layihə idarəetmə büdcəsinin hazırlanması və idarə edilməsi; Xidmət, kommunal və təmir xərclərinə nəzarətin həyata keçirilməsi; İnventar və avadanlıq siyahılarının aktuallaşdırılması; Enerji səmərəliliyi və qənaət imkanlarının müəyyənləşdirilməsi; Daxili və xarici tərəfdaşlarla layihə ilə bağlı məsələlərdə əlaqələrin qurulması; Rəhbərliyə layihənin fəaliyyəti və göstəriciləri barədə müntəzəm hesabatların təqdim edilməsi; Binaların idarə edilməsi və xidmət işinin təşkili ilə əlaqədar tabeçiliyində olan texniki, bağban və təmizlik işçilərinə tapışırıqların verilməsi, işlərin icrasına nəzarətin həyata keçirilməsi; Binalarda gedən proseslər, müxtəlif idarələrdən binalara göndərilən nümayəndələr haqqında rəhbərliyin vaxtında və düzgün məlumatlandırılması; Sahədə xidmət göstərən 3-cü tərəf şirkətlərin iş keyfiyyətinə nəzarətin edilməsi; Bina ərazisində texniki xidmətə aid sənədlərin tələb olunan qaydada tərtib edilməsi; 1C proqramı vasitəsi ilə tələb olunan mal-material və servislərin sifarişlərin verilməsi və icrasına nəzarətin həyatə keçirilməsi; Tabeçiliyində olan heyətin davamiyyəti və nizam-intizamına daim nəzarətin həyata keçirilməsi; Hər ayın sonunda ay ərzində görülən işlərin hesabatının hazırlanması. ​​​​​​​ Tələblər: İdarəetmə sahəsi üzrə ali təhsil və biliklər; Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; İngilis dilini yaxşı səviyyədə bilmək; Komanda ilə işləmək bacarığı; Microsoft Word, Excel proqramlarını bilməli; Yüksək təşkilatçılıq bacarıqları. İş şəraiti: İş rejimi: 5 günlük  İş yeri: Region İşçi yaşayış yeri, regiona gediş-gəliş üçün nəqliyyat və telefon danışığı ilə təmin edilir. Xahiş olur CV-lərinizi ” Bina Meneceri ” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.