Mütəxəssis - GESCO ASC

Местоположение: Bakı

Struktur şöbə/bölmə: Keyfiyyətə nəzarət bölməsi Vəzifə öhdəlikləri: Layihələrdə xidmətin təşkili və gedişatına dair planlı və növbədənkənar monitorinqlərin keçirilməsi; Xidmətin təşkili səviyyəsinin, əmək intizamının və SƏTƏM tələblərinə uyğunluğun yerində yoxlanılması; Aşkar edilmiş uyğunsuzluqlar və intizam pozuntuları üzrə fakt əsaslı daxili araşdırmaların aparılması və nəticələrin sənədləşdirilməsi; Daxil olan şikayət və müraciətlərin operativ araşdırılması və əsaslandırılmış rəyin təqdim edilməsi; Monitorinq nəticələri üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; ISO 9001, 14001 və 45001 standartlarının tələblərinə uyğun olaraq metodoloji sənədləşmə bazasının (qayda, təlimat, prosedur) hazırlanması; ISO 10005 standartı əsasında layihələrə spesifik keyfiyyət planlarının tərtibi; Mövcud sənəd dövriyyəsi sisteminin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi Namizədə dair tələblər: Ali təhsil; Daxili nəzarət, audit, təhlükəsizlik və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; Beynəlxalq idarəetmə standartları (ISO) üzrə mükəmməl nəzəri və praktiki biliklər; 1C (8.3) və MS Office (xüsusilə Excel,Visio) proqramlarında sərbəst işləmə bacarığı; Yüksək müşahidəçilik, qərəzsiz yanaşma və analitik təhlil bacarığı; Ezamiyyətlərə və intensiv layihə səfərlərinə hazırlıq; SƏTƏM tələbləri və əmək intizamı normaları üzrə biliklər; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq qabiliyyəti, ingilis dili (işgüzar səviyyədə). Əlavə məlumat: Sənədləşmə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun aparılır; İş rejimi: I–V günlər, 09:00–18:00; Nahar fasiləsi: 13:00–14:00; Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi Vakansiya ilə maraqlanan namizədlər mövzu hissəsində “Jooble.az - Keyfiyyətə nəzarət bölməsi / Mütəxəssis” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. e-mail: Nurtac.Suleymanli@gesco.az