ƏL/TMM (Komplayens) şöbəsi üzrə mütəxəssis / kiçik mütəxəssis - GL ASC

Местоположение: Bakı

Əsas vəzifə öhdəlikləri: Maliyyə Monitorinq Xidmətinə təqdim olunan hesabatların düzgünlüyünü yoxlamaq; ƏL/TMM üzrə daxili təlim və maarifləndirmə tədbirlərində iştirak etmək; Beynəlxalq sanksiyalar və qara siyahılar (OFAC, UN, EU sanksiyaları) üzrə yoxlamalar aparmaq; Daxili normativ sənədlərin, siyasətlərin və prosedurların qanunvericiliyə uyğunluğunu qiymətləndirmək; Yeni məhsul və xidmətlər üzrə compliance rəyini vermək; ARMB, Maliyyə Monitorinq Xidməti və digər tənzimləyici qurumlardan daxil olan sənədləri təhlil etmək və icrası üzrə tövsiyələr vermək; Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və aidiyyəti bölmələrə məlumat vermək; Komplayens risklərini təhlil etmək və onların azaldılmasına dair tədbirlər təklif etmək; Struktur bölmələrin fəaliyyətinin komplayens tələblərinə uyğunluğunu qiymətləndirmək; Şübhəli əməliyyatların monitorinqini həyata keçirmək; Yüksək riskli müştərilərlə bağlı sənədləşməni yoxlamaq və təhlil etmək. Namizədə tələblər: Ali hüquqi və ya iqtisadi təhsil (komplayens, hüquq, maliyyə və əlaqədar sahələr üzrə); Minimum 1 il iş stajı (bank sektorunda təcrübəyə üstünlük verilir); ƏL/TMM, AML, CAMS və beynəlxalq sanksiyalar üzrə biliklər; Azərbaycan Respublikasının maliyyə sektoru üzrə qanunvericiliyə bələd olmaq; AR MB və Maliyyə Monitorinq Xidmətinin normativ sənədlərini bilmək; Analitik düşüncə, araşdırma və sənədlərlə işləmə bacarığı; Yüksək diqqətlilik, etibarlılıq və etik davranış; Azərbaycan dili – səlis, ingilis və rus dilləri – arzuolunandır; MS Office proqramlarında sərbəst işləmə bacarığı. Əmək haqqı:  Razılaşma yolu ilə Müraciət qaydası: Maraqlanan şəxslər CV-lərini  “ƏL/TMM (Komplayens) şöbəsi üzrə mütəxəssis/kiçik mütəxəssis”  başlığı ilə  Müraciət et   düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Qeyd:  Göndərilən bütün CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır. e-mail:  vakansiya@glasc.azz