Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Müəssisədə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarının tətbiqinə və icrasına nəzarət etmək; İstehsalat sahələrində mütəmadi yoxlamalar aparmaq, riskləri müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər hazırlamaq; İş yerlərində risk qiymətləndirilməsini həyata keçirmək və müvafiq sənədləşməni aparmaq; İşçilər üçün ilkin, təkrar və növbədənkənar əməyin mühafizəsi üzrə təlimatlandırmaları keçirmək və qeydiyyatını təmin etmək; Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək; İstehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və profilaktik tədbirlər hazırlamaq; Dövlət qurumlarının yoxlamalarına hazırlıq işlərini həyata keçirmək və tələb olunan sənədlərin hazırlanmasını təmin etmək; Əməyin mühafizəsi üzrə daxili prosedur, təlimat və digər normativ sənədləri hazırlamaq və yeniləmək; İstehsalat avadanlıqlarının təhlükəsiz istismarına nəzarət etmək; Rəhbərliyə müvafiq hesabatlar təqdim etmək. Namizədə tələblər: Əməyin mühafizəsi, texniki və ya mühəndislik ixtisası üzrə ali təhsil; İstehsalat müəssisəsində analoji vəzifə üzrə iş təcrübəsi; Azərbaycan Respublikasının əməyin mühafizəsi üzrə normativ-hüquqi aktlarını bilmək; Risklərin qiymətləndirilməsi və təhlükələrin müəyyən edilməsi sahəsində bilik və bacarıq; MS Office proqramlarında işləmək bacarığı; Məsuliyyətli, diqqətli, operativ və analitik düşüncə tərzinə malik olmaq. İş şəraiti İş yeri: Sumqayıt İş rejimi: 5 günlük, tam iş günü Şirkət təklif edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir; Servis xidməti; Nahar əvəzi ödənişi. Maraqlanan namizədlərdən e-poçtun mövzu hissəsində “Əməyin mühafizəsi üzrə mühəndis” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.