Yüklənir...
Местоположение: Bakı
Bank və ya bank olmayan kredit təşkilatı (BOKT) sahəsində portfelin bərpası və gecikmədə olan borcların idarə edilməsi sahəsində peşəkarsınızsa, sizi komandamızda görməkdən məmnun olarıq! Əsas Öhdəliklər: Gecikmədə olan kredit portfelinin analizi və idarə edilməsi; Borclularla (və zaminlərlə) telefon danışıqlarının aparılması və fərdi görüşlərin keçirilməsi; Ödəniş qabiliyyətinin bərpası üçün restrukturizasiya və ya alternativ həll yollarının təklif edilməsi; Problemli borcların yığılması prosesində qanunvericiliyin tələblərinə uyğun hərəkət edilməsi; İşin gedişatı ilə bağlı rəhbərliyə gündəlik və aylıq hesabatların verilməsi. Namizədə dair tələblər: Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Hüquq sahələri üstünlükdür); Problemli kreditlərin yığılması sahəsində minimum 1-3 il iş təcrübəsi; Danışıqlar aparma, inandırma və psixoloji təsir göstərmə bacarığı; Stressə davamlılıq və gərgin iş rejimində çalışmaq qabiliyyəti; Analitik düşünmə və sürətli qərar vermə bacarığı. Şərtlər: Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq fərdi danışıqlar əsasında (maaş + bonus sistemi) təyin ediləcək; Peşəkar inkişaf və artım imkanları; CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzu hissəsində "Problemli kreditlər üzrə mütəxəssis" qeyd olunması mütləqdir.