Yüklənir...
Местоположение: Bakı
İş şəraiti İş yeri: Ceyranbatan Qəsəbəsi İş rejimi: 6 günlük, saat 09:00 – 18:00 Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Vəzifə öhdəlikləri Metallurgiya və istehsalat proseslərinin təşkilində və idarə edilməsində iştirak etmək; Metal və ərintilərin istehsalı və emalı proseslərinə texniki nəzarət etmək; İstehsal proseslərinin texnoloji tələblərə və müəyyən edilmiş standartlara uyğunluğunu təmin etmək; Xammalın, hazır məhsulun və istehsal prosesinin keyfiyyət göstəricilərinə nəzarət etmək; İstehsalat zamanı yaranan texniki problemləri müəyyənləşdirmək və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq; İstehsal göstəricilərinin təhlilini aparmaq və müvafiq hesabatlar hazırlamaq; Avadanlıqların səmərəli və təhlükəsiz istismarına nəzarət etmək; Texnoloji sənədlərin hazırlanması və yenilənməsində iştirak etmək; Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərə riayət olunmasını təmin etmək; İstehsal proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə təkliflər vermək. Namizədə tələblər Metallurgiya mühəndisliyi, materialşünaslıq, kimya mühəndisliyi və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil; Müvafiq sahədə 5 il iş təcrübəsi üstünlükdür; Metallurgiya və metal emalı texnologiyaları haqqında biliklər; MS Office proqramlarında işləmək bacarığı; Analitik düşünmə və problem həll etmə bacarığı; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; Şirkət tərəfindən təklif olunur Rəqabətli əmək haqqı; Peşəkar inkişaf və təlim imkanları; Karyera inkişafı imkanı; Müasir istehsalat mühiti; Əmək qanunvericiliyinə uyğun iş şəraiti. Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Metallurgiya mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.