Qeydiyyatçı (gecə növbəsi) - Golden Coast Hotel

Местоположение: Bakı

İş vəzifələri: Otelə gələn qonaqları qeydiyyata almalı, onlara otaqlar təqdim etməli və oteli tərk edən qonaqları qeydiyyatdan çıxarmalıdır. Mümkün olduğu hallarda qonaqların xüsusi tələblərini yerinə yetirməlidir. Qonaqların ödəniş üsullarına, kredit-çek prosedurlarına və ya nağd vəsaitin kassaya təhvil verilməsinə nəzarət etməlidir. Nəzarət vasitəsilə qonaqların oteli tərk etmə prosesini idarə edir. Qonaqların otaq ödənişlərini qəbul edir. Prosedurlara uyğun olaraq qonaqlara hesab təqdim edir, otaq ödənişlərini qəbul edir və (otel prosedurlarına əsasən) xarici valyuta dəyişimi daxil olmaqla administrativ nağd əməliyyatlara nəzarət edir. Qonaqların bütün suallarını və tələblərini həm telefonla, həm də şəxsən nəzakətli və gülərüz şəkildə cavablandırır, məlumat verir və ya məlumat qəbul edir. Lazım olan hallarda müvafiq tədbirləri görür və ya aidiyyəti şəxslərə yönləndirir. Otaqların vəziyyətini təmizlik şöbəsi ilə koordinasiya edir. Otaq bron edilməsi və lazım gəldikdə bronların ləğvi prosedurları barədə biliklərə sahib olmalıdır. Tələblər: Otelçilik sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır; Beynəlxalq qonaqlarla ünsiyyət üçün ingilis dili biliyi (əlavə olaraq rus dili üstünlükdür); Effektiv ünsiyyət, problem həll etmə və qərar vermə bacarığı. İş şəraiti Əmək haqqı: 700 AZN İş qrafiki: növbəli İş saatı: 20:00 – 08:00 Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər. Əlaqə nömrəsi : +994102347111 (CV-ni WhatsApp vasitəsilə göndərə bilərsiniz)