Sahə Meneceri - Grand Agro MMC

Местоположение: Bakı

Təsvir Tikinti sahəsində aparılan işlərin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara, müqavilə şərtlərinə və qüvvədə olan normativ tələblərə uyğun icrasına nəzarət etmək. Baş podratçı və subpodratçıların işlərinin keyfiyyətini, icra müddətlərini və təhlükəsizlik tələblərinə riayət olunmasını gündəlik izləmək. Tikinti işlərinin təsdiq edilmiş iş qrafikinə uyğun aparılmasına nəzarət etmək, gecikmə risklərini müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər təklif etmək. Layihə üzrə görülmüş işlərin həcmini və keyfiyyətini yoxlamaq, aralıq və yekun qəbul proseslərində iştirak etmək. Tikinti sahəsində yaranan texniki problemlərin operativ həllini koordinasiya etmək, zərurət yarandıqda layihəçi, texniki nəzarətçi və podratçılar arasında əlaqələndirməni təmin etmək. Tikinti sahəsində əmək mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərin yerinə yetirilməsinə nəzarət etmək. Layihə rəhbərliyinə tikinti işlərinin gedişi, əsas risklər, problemlər və görülmüş tədbirlər barədə müntəzəm hesabatlar təqdim etmək. Tikinti sahəsində istifadə olunan avadanlıqların, materialların və görülən işlərin layihə tələblərinə uyğunluğunu nəzarətdə saxlamaq. Tələblər Ali təhsil (İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə); Tikinti sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi; Tikinti norma və qaydaları, əmək mühafizəsi və texniki təhlükəsizlik tələbləri üzrə bilik; Tikinti layihələrinin icrasına və podratçıların fəaliyyətinə nəzarət təcrübəsi; MS Office proqramlarında sərbəst işləmək, AutoCAD biliyi üstünlükdür; Azərbaycan dilini sərbəst bilmək, ingilis dili biliyi üstünlükdür; Güclü təşkilatçılıq, ünsiyyət, problem həll etmə və liderlik bacarıqları. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.