Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Etibarnamələri hazırlamaq və qeydiyyatını aparmaq; Dövlət qurumlarına, biznes subyektlərinə və digər aidiyyəti qurum və təşkilatlara ünvanlanan məktub və müraciətlərin (ərizə, sorğu və. s) tərtib edilməsi və redaktə edilməsi; Müqavilələrin və müqavilə əlavələrinin hazırlanması, onlara hüquqi rəy verilməsi, tamlığına/bütövlüyünə, qanunvericiliyə uyğunluğunun yoxlanılması və bunun təsdiqi, eləcədə icra olunacaq işin predmetinə uyğunlaşdırılması; Müqavilə danışıqlarının hüquqi tərəfdən aparılmasında iştirak etmək, rəy və təklifər vermək; Müqavilənin icrası zamanı yaranmış problemlərin, risklərin təhlil edilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülərək rəhbərliyə rəy və təkliflərin verilməsi; Müqavilələrin reyestrinin aparılmasını həyata keçirmək; Müqavilə sənədlərinin arxivlənməsinə və konfidensial saxlanmasına nəzarəti təmin etmək; Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması; Bütün sənədlərin (müqavilə, yazışma, məktublar) yoxlanılmasını (şirkət direktorunun təsdiqindən öncə) həyata keçirmək; Müqavilələrə əsasən kreditor borclarla bağlı kontragentlərlə şifahi danışıqların və yazışmaların (pretenziya və bildirişlərin hazırlanması) həyata keçirilməsi; Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasını təmin etmək. Tələblər Ali təhsil; Sənədləşdirmə və yazışma işlərini bacarmalı; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları); Güclü ünsiyyət və danışıq qabiliyyəti; Azərbaycan dili səlis, yaxşı səviyyədə ingilis dili biliyi; Komandada işləmək bacarığı; Analitik düşüncə bacarığına sahib olmalı. Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur. Müraciət maili hr@grandlogistics.az