Местоположение: Bakı
Namizədə olan tələblər: Ali təhsil; Müvafiq sahədə 3-5 illik iş təcrübəsi; Azərbaycan dilini səlis, rus və ingilis dilləri əla səyiyyədə; Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə işləmək bacarığı. Vəzifə öhdəlikləri: Yeni müştərilərin təmir xidmətləri üçün cəlb edilməsi; MXB əməkdaşlarının fəaliyyətinin nəticələrinin davamlı ölçülməsi və korreksiyaların edilməsi; MXB əməkdaşlarının təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi CRM üzrə iş prosesinə nəzarətin edilməsi; MXB-nin digər struktur bölmələrlə qarşılıqlı səmərəli kommunikasiyasının təşkil edilməsi; MXB üçün skriptlərin və təlimatların hazırlanması; MXB-a daxil olan şikayətlərin idarə olunması və aidiyyəti üzrə yönləndirilməsi; FAQ hazırlanması və mütəmadi yenilənməsinin təmin edilməsi; İmtina səbəblərinin hazırlanması, nəticələr haqqında dövri hesabatların hazırlanaraq birbaşa rəhbərə təqdim edilməsi; Müştəri xidmətlərinin iş keyfiyyətinin, iş standartlarının və siyasətinin inkişaf etdirilməsi; Korporativ satış şöbəsindən gələn müracitələrin dəyərləndirilməsi; Bölmə əməkdaşlarından hesabatların alınması və onların doğruluğunun yoxlanılması; Müştərilər üçün endirim kampanyalanının icra edilməsində dəstəyin göstərilməsi; Müştərilər ilə görüşlərin keçirilməsi. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz); Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.). Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Jooble.az vakansiyalar - Servis Əməliyyatları və Müştəri Xidmətləri rəhbəri” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. e-mail: hr-cv@grandmotors.az