Yüklənir...
Местоположение: Bakı
Зарплата: 1000-1200
Komandamıza dekret məzuniyyəti dövrü üçün məsuliyyətli və diqqətli Xəzinadar axtarırıq. Bu rol gündəlik maliyyə əməliyyatlarının düzgün və vaxtında icrasını təmin etmək baxımından vacibdir. Əsas vəzifələr: Gündəlik bank əməliyyatlarının icrası və internet bankçılıq üzərindən ödənişlərin hazırlanması Daxil olan və çıxan ödənişlərin nəzarəti, təsdiqi və üzləşdirilməsi Debitor borcların izlənməsi, ödənişlərin uçotu və hesabatı Kreditor öhdəliklərinin vaxtında ödənilməsi və nəzarəti Müştəri və təchizatçılarla hesablaşmaların uzlaşdırılması Bank çıxarışlarının yoxlanılması və 1C sisteminə işlənməsi Gündəlik cash flow və ödəniş planlamasına dəstək Kassa əməliyyatlarının aparılması və nəzarəti Maliyyə sənədlərinin hazırlanması və arxivləşdirilməsi Tələblər: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə təhsil Bank əməliyyatları, debitor və kreditor hesablaşmaları üzrə ilkin təcrübə üstünlükdür 1C proqramında sərbəst işləmək bacarığı Excel-də baza və ya orta səviyyə biliklər (Pivot, VLOOKUP üstünlükdür) Ödəniş tapşırıqları və bank sənədləri ilə işləmə bacarığı Analitik düşüncə və detallara diqqət Vaxtında işlərin icrası və məsuliyyətlilik Biz nə təklif edirik: Peşəkar və dəstəkçi iş mühiti Təcrübə qazanmaq və inkişaf imkanları Sabit və strukturlaşdırılmış iş prosesi Gələcəkdə daimi iş imkanının yaranma ehtimalı Əmək Haqqı: 1000-1200 AZN Əgər siz maliyyə sahəsində karyeranıza başlamaq və ya inkişaf etdirmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq. Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Jooble.az - Xəzinədar" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. e-mail: cv@groupmotors.az