Beynəlxalq Layihələr və Əlaqələr üzrə Mütəxəssis - Head Start Career Development

Местоположение: Bakı

Зарплата: 2740

Əsas vəzifələr Beynəlxalq təşkilatlar, donor qurumlar, səfirliklər və tərəfdaş təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi; Beynəlxalq layihə və proqramların araşdırılması, layihə imkanlarının müəyyənləşdirilməsi; Qrant, tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq imkanlarının monitorinqi; Xarici tərəfdaşlarla rəsmi yazışmaların və kommunikasiya proseslərinin idarə edilməsi; Beynəlxalq layihələr üzrə təqdimatların, konsept sənədlərinin, təkliflərin və hesabatların hazırlanması; Görüşlərin, tədbirlərin, forumların və işgüzar səfərlərin koordinasiyası; Tərəfdaş qurumlarla münasibətlərin idarə olunması və yeni əməkdaşlıqların formalaşdırılması; Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi. Tələblər Ali təhsil; Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Rus dili biliyi yaxşı səviyyədə; Layihələrin idarə olunması və hesabatların hazırlanması bacarığı; Analitik düşüncə, araşdırma və təqdimat bacarıqları; MS Office proqramlarında sərbəst işləmək bacarığı. Əmək haqqı: 2740 AZN (Namizə görə dəyişir) Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.