Sahə Memarı - Hermes-S MMC

Местоположение: Bakı

Hermes-S MMC Sahə Memarı vakansiyası elan edir! Tikinti sahəsində peşəkar və məsuliyyətli Sahə Memarı axtarırıq. İş qrafiki Həftənin 6 günü 09:00 – 18:00 Vəzifə öhdəlikləri Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin hazırlanmasında iştirak etmək; Memarlıq və dizayn layihələrini oxumaq, iş paketlərinin hazırlanmasına dəstək göstərmək; Layihənin memarlıq hissəsinin digər bölmələrlə koordinasiyasını və texniki sənədlərin tamlığını təmin etmək; Layihə işlərinin müəyyən olunmuş müddətdə, keyfiyyət və qüvvədə olan tikinti norma və qaydalarına uyğun icrasına nəzarət etmək; Layihələndirilən obyektlərdə müəllif nəzarətini həyata keçirmək, istifadə olunan tikinti materialları və konstruksiyaların layihəyə uyğunluğunu yoxlamaq; Obyektlərdə ölçmə işlərini aparmaq və nəticələri elektron formata işləmək; Eskiz və işçi layihələri hazırlamaq; Memarlıq layihələrinin tikinti sahəsində düzgün tətbiqinə və icrasına nəzarət etmək; Dizaynerlər və digər aidiyyəti şəxslərlə səmərəli əməkdaşlıq etmək; Yerinə yetirilmiş işlər üzrə texniki hesabatların hazırlanmasında iştirak etmək. Namizədə tələblər Cinsi: Kişi; Təhsil: Memarlıq ixtisası üzrə ali təhsil; İş təcrübəsi: Mülki tikinti sahəsində sahə memarı vəzifəsində minimum 3 il iş təcrübəsi; Kompüter bilikləri: ArchiCAD, AutoCAD və Microsoft Excel proqramlarında işləmək bacarığı; Tikinti materialları və texnologiyaları üzrə bilik; Tikinti sahəsində operativ qərarvermə və problemlərin yerində həlli bacarığı; İş həcmlərinin hesablanmasını bilmək; Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı. Əməkhaqqı və üstünlüklər Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında razılaşdırılır . Peşəkar inkişaf və karyera yüksəlişi imkanı. Stabil və dinamik iş mühiti. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini "Sahə Memarı" başlığı ilə Müraciət et düyməsində qeyd olunan   elektron poçt ünvanına göndərə bilərlər