Местоположение: Bakı şəhəri
Hilton Garden Inn Baku komandasının bir hissəsi olun və karyeranızı inkişaf etdirin! Vəzifə öhdəlikləri: Otelin qayda, prosedur və standartlarına müvafiq olaraq gülərüz və nəzakətlə Otelimizə gələn qonaqları qeydiyyata alır, onlara otaqlar təqdim edir və otelimizi tərk edən qonaqları qeydiyyatdan çıxarır; Qonaqların otaq üçün etdiyi ödənişi qəbul edir. Qonaqların hesablarını müəyyən edir və onlara qaimənin bir nüsxəsini təqdim edir; Qonaqların bütün suallarına və tələblərinə istər telefon vasitəsilə, istərsə də şəxsən qonaqların özünə nəzakətlə və gülərüzlə cavab verir, məlumat qəbul edir və ya qonaqları məlumatla təmin edir; Brend məlumatlarına ciddi yiyələnməklə brend standartlarının tələblərinə riayət etmək; Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı otelin, şirkətin, habelə yerli qaydada müəyyən edilmiş qaydalar, siyasətlər və prosedurlara riayət olunduğunu təmin etmək; Otaqların bron edilməsi və əgər tələb olunarsa edilmiş bronların ləğv edilməsi proseduraları haqqında biliklərə sahib olmaq Namizədə dair əsas tələblər: Təhsil: Ali təhsil arzuolunandır (xüsusilə İdarəetmə, Turizm və Otelçilik, Biznes İdarəetməsi və ya oxşar sahələrə üstünlük verilir); Otelçilik sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır; Yaxşı səviyyədə Opera PMS biliyi; Effektiv ünsiyyət, problem həll etmə və qərar qəbul etmə qabiliyyəti; Dil bilikləri: Azərbaycan dili, İngilis dili İşçinin təminatları: İşçilər üçün yeməklər işçi kafeteriyasında təmin olunur Hilton otellərində, yalnız özünüz üçün deyil, həm də ailə üzvləriniz və dostlarınız üçün endirimli qalma imkanı, işə başladığınız gündən etibarən! TABİA Group-a aid bir çox otel və SPA mərkəzlərində endirimlər Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Qeydiyyatçı” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq Müraciət maili hr@hgibaku.com