Yüklənir...
Местоположение: Bakı
İş şəraiti Şöbə: İnşaatda İnnovasiya Həlləri İş vaxtı: Tam Əsas vəzifələr: İstehsal prosesində istifadə olunan kimyəvi maddələrin saxlanması, çıxarılması, qarışdırılması və monitorinqi. Istehsal məhdudiyyətlərinə və satış ehtiyaclarına uyğun olaraq hazır məhsulların ehtiyatlarını idarə etmək. Kimyəvi prosesi asanlaşdırmaq, o cümlədən xammala reaktivlərin əlavə edilməsi və reaksiyaların bütün mərhələlərinə nəzarət etmək. Əl və yarı avtomatik mexanizmləri idarə etmək üçün idarəetmə vasitələri, panel lövhələri və digər giriş cihazlarından istifadə edərək kimyəvi prosesə nəzarət etmək Baxım planına uyğun olaraq zavodun müntəzəm olaraq birinci səviyyəli yoxlamalarını aparmaq. Məhsulların texniki inkişaf işlərində vəzifə almaq. Müxtəlif xammal və hazır məhsulların ehtiyatlarının düzgün və təhlükəsiz saxlanmasını təmin etmək. İstehsalat Menecernin tərəfindən bildirilən məhsul qarışığını və istehsal planını tətbiq etmək. Ehtiyat səviyyəsinin adekvat qalmasını təmin etmək üçün gündəlik əməliyyat planlamasını tətbiq etmək. Zavodun müəyyən edilmiş rejimə uyğun olaraq müntəzəm olaraq təmizlənməsini təmin etmək. Hər hansı zədələnmiş avadanlığın təmirini təşkil etmək. İstehsal proseslərinə nəzarət etmək və həyata keçirmək. İstehsalat Menecerin tələb və öhdəliklərini icra etmək. HOLCİM standartlarına,etiketləməyə və ümumi görünüşünə görə qablaşdırmaların (IBC tanklar, plastik qablaşdırma) təmizliyinə nəzarət etmək. Bacarıq və Kvalifikasiyalar: Tikinti, İnşaat materialları və ya bənzər sahədə ali təhsil Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi Microsoft Office proqramlarında işləmək bacarığı İngilis dili biliyi arzuolunandır Maraqlananlar CV –lərini, mövzu hissəsində mütləq Operator yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və bütün namizədlərə bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.