Yüklənir...
Местоположение: Bakı
Şöbə: Logistika İş vaxtı: Tam iş vaxtı İş yeri: Holcim zavodu (Qaradağ rayonu, Sahil qəsəbəsi) Vəzifələr: Daxili Daşınma üzrə Menecer, Loqistika şöbəsi tərəfindən verilən instruksiyalara, göstərişlərə əməl etməli Bütün sürücülərin ƏMTT qaydalarına riayət etmələrinə və fərdi mühafizə vasitələrinin istifadəsinə nəzarət edilməsi Sement və klinkerin müştərilərə vaxtında çatdırılmasına cavabdehdir Sistemdə olan sifarişlərin nəqliyyat vasitələrinə bölünməsini və yükləməyə növbəli şəkildə buraxılmasını təmin etmək Hər bir yük maşınında GPS-in mövcudluğuna nəzarət Schenk və Logon proqramlarında iş prossesini aparmalı və həmin proqramlarla bağlı hər hansı bir problem olduqda Baş dispetçerə yazılı və şifahi şəkildə məlumat vermək Sistemdə vaqonların qeydiyyatı (daxili və ixrac) (xammal, alternativ enerji mənbələri və İxrac olunan bütün məhsullar üçün) İstismarda olan avadanlığın səmərəli istifadəsinə və onların lazımi qaydada saxlanmasına nəzarət edilməsi Altlıqların zavoda qaytarılmasını təşkil olunmasına və qaytarılmış altlıqların sistemə əlavə olunmasına cavabdehlik daşıyır. Logistika şöbəsinin prosedurlarını özü və rəhbərliyi altında olan işçilərə tətbiq etməlidir. Məxfi məlumatlarla bölüşmək qadağandır (çatdırılan malın həcmi, sifarişin həcmi və çatdırılmanı edən şirkətin adı və getdiyi ünvan) İş zamanı sosial şəbəkələrdən istifadə etməməli, canlı yayımlar açmamalıdır Baş Dispetçer olmadıqda onun vəzifəsini idarə etməli Yüklənmiş halda gələn nəqliyyat vasitəsinin tərəzidə düzgün dayanmasına, malın düzgünlüyünə və yüklənməsinə nəzarət etməli Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməli Ərazidə və işlədiyi binada nizam intizama və təmizliyə riayət olunması Zavoda daxil olan xammal və sement maşının qeydiyyatı və uyğun olaraq lazımi hesabatların hazırlanması Müştərilərdən qaytarılan təstiqlənmiş yük nəqliyyat qaimələrinin yığılması və Loqistika şöbəsinin müvafiq işçilərinə təhvil verilməsi Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək. Əməyin mühafizəsi, əmək nizam- intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya, mülkü-müdafiə qaydalarına riayət olunmasına əməl etmək Fərdi mühafizə vasitələrindən düzgün qaydada istifadə etmək Əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək İşçilərin həyat və sağlamlığına kəskin şəkildə təhlükə yarandığı təqdirdə dərhal öz rəhbərini və müvafiq şəxsləri məlumatlandırmaq Əmək funksiyalarının icrası ilə bağlı iş yerlərində əməyin mühafizəsi haqqında və ilkin tibbi yardım göstərilməsi məqsədilə təlimlər almaq Məcburi dövri və sağlamlığı haqqında hər hansı şübhə yaranacağı təqdirdə növbədənkənar tibbi müayinələrdən keçmək Əməyin mühafizəsi, əmək nizam- intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya, mülkü-müdafiə qaydalarına riayət olunmasına əməl etmək Tələb olunan keyfiyyətlər: Peşə və ya orta ixtisas təhsili; Müvafiq sahə üzrə iş təcrübəsi - min. 1 il Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti. İngilis dilini bilənlərə üstünlük verilir. Maraqlananlar CV –lərini, mövzu hissəsində mütləq Qapançı Dispetçer yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.