Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Şirkətin maliyyə əməliyyatlarının uçotu, monitorinqi və maliyyə nəzarətinin təmin edilməsi; Maliyyə hesabatlarının (gəlir-xərc, pul axını, balans göstəriciləri və s.) hazırlanması və təhlili; Büdcə planlaşdırılması, icranın izlənilməsi və kənarlaşmalar üzrə analitik hesabatların təqdim olunması; Vergi, DSMF və Statistika üzrə maliyyə məlumatlarının hazırlanmasında iştirak; Maliyyə göstəriciləri üzrə rəhbərliyə mütəmadi hesabat və rəylərin təqdim edilməsi; Vergi və digər dövlət orqanlarından daxil olan maliyyə xarakterli sorğuların izlənilməsi və cavablandırılmasında iştirak; 1C (8.3) proqram təminatında maliyyə əməliyyatlarının düzgün əks olunmasına nəzarət; Qanunvericilikdə maliyyə və vergi ilə bağlı dəyişikliklərin izlənilməsi və tətbiqi; Daxili maliyyə nəzarəti və risklərin qiymətləndirilməsində iştirak; Tələblər: Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil; Maliyyə sahəsində minimum 2–3 il iş təcrübəsi (Bank və ya BOKT sektoru üzrə təcrübə üstünlükdür); Maliyyə hesabatlarının hazırlanması və analizi üzrə praktiki biliklər; 1C (8.3) proqramında işləmə bacarığı; MS Excel və digər MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı; Maliyyə göstəricilərini analitik təhlil etmək, nəticə çıxarma və təqdimetmə bacarığı; Vergi Məcəlləsi və maliyyə ilə əlaqəli normativ sənədlər üzrə baza biliklər; Azərbaycan dilində səlis yazı və danışıq bacarığı mütləqdir . Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı. İş barədə məlumat: Əmək haqqı: 1200 AZN + Bonus İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi Nahar şirkət tərəfindən təmin olunur. Komfortlu ofis mühiti və peşəkar komanda 5 günlük iş qrafiki: 09:00 – 18:00 CV-lərinizi “Maliyyə üzrə Baş mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.