Yüklənir...
Местоположение: Bakı, Azərbaycan
Vəzifə öhdəlikləri: Mövcud və potensial müştərilər ilə korporativ əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi. Satış strategiyalarının hazırlanması və icrası. Müştərilərin tələblərinə uyğun xidmət və ya məhsul təkliflərinin hazırlanması. Müştəri bazasının genişləndirilməsi və yeni müştərilərin cəlb edilməsi. Satış göstəricilərinin təhlili və aylıq hesabatların hazırlanması. Tələblər: Ali təhsil (İqtisadiyyat, Menecment və ya digər əlaqəli sahələr üzrə üstünlük verilir). Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi. Azərbaycan, Rus dillərini bilmək (üstünlük verilir). Effektiv ünsiyyət və təqdimat bacarıqları. Aktiv satış və müzakirə aparmaq bacarığı. Kompüter bilikləri (MS Office proqramları). Təkliflərimiz: Stabil əmək haqqı 700 AZN + bonus sistemi. Karyera inkişafı üçün imkanlar. Peşəkar mühitdə işləmə şansı. İş yeri: Həsən Əliyev küçəsi 9 C