Yüklənir...
Местоположение: Bakı
Təsvir Risk strategiyası və siyasətlərin hazırlanması BOKT-nin fəaliyyətini əhatə edən bütün proseslər üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasına nəzarət etmək; BOKT-nin Risk İştahının (Risk Appetite) müəyyən edilməsində iştirak etmək və risk limitlərinin formalaşdırılmasına təkliflər vermək; Kredit, əməliyyat, likvidlik və bazar risklərinin idarə edilməsi üzrə daxili siyasət, qayda və prosedurların hazırlanmasını və təkmilləşdirilməsini təmin etmək; Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə metodologiyaların, modellərin və yanaşmaların seçilməsi və tətbiqi ilə bağlı təkliflər vermək; Skorinq sistemlərinin və anderraytinq modellərinin hazırlanması və təkmilləşdirilməsinə rəhbərlik etmək. Kredit risklərinin idarə edilməsi və portfel analizi Kredit portfelinin keyfiyyətini mütəmadi olaraq təhlil etmək və portfel üzrə əsas risk göstəricilərinə nəzarət etmək; Vaxtı keçmiş kreditlərin (NPL) səviyyəsini və dinamikasını monitorinq etmək; Kredit portfelində sektor, region, məhsul və borcalan qrupları üzrə konsentrasiya risklərini müəyyən etmək və müvafiq limitlərin tətbiqi ilə bağlı təkliflər vermək; Potensial kredit itkiləri üzrə ehtiyatların düzgün hesablanmasına və formalaşdırılmasına nəzarət etmək; Kredit risklərinin qiymətləndirilməsi üzrə təhlillər aparmaq və nəticələr əsasında rəhbərliyə təkliflər təqdim etmək. Maliyyə və likvidlik risklərinin idarə edilməsi BOKT-nin öhdəliklərini vaxtında yerinə yetirməsi üçün likvidlik vəziyyətini və pul vəsaitlərinin hərəkətini (Cash Flow) təhlil etmək; Likvidlik risklərini müəyyən etmək, qiymətləndirmək və onların idarə olunması üzrə tədbirlər hazırlamaq; Valyuta məzənnələrində və faiz dərəcələrində baş verən dəyişikliklərin BOKT-nin maliyyə vəziyyətinə, kredit portfelinə və gəlirliliyinə təsirini qiymətləndirmək; Likvidlik, valyuta, faiz və digər maliyyə riskləri üzrə limitlərə nəzarət etmək; Müxtəlif iqtisadi və maliyyə ssenariləri üzrə stress-testlər hazırlamaq və həyata keçirmək. Əməliyyat, hüquqi və informasiya təhlükəsizliyi riskləri Əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, təhlili, monitorinqi və hesabatlığını həyata keçirmək; Filial və baş ofis struktur bölmələrində biznes proseslərini qiymətləndirmək, riskləri müəyyən etmək və onların optimallaşdırılması məqsədilə monitorinqlər aparmaq; Kredit rəsmiləşdirilməsi, kassa əməliyyatları, filial fəaliyyəti və digər daxili proseslərdə mövcud riskləri müəyyən etmək; Baş verən qayda pozuntularının səbəblərini təhlil etmək və onların aradan qaldırılması üzrə təkliflər vermək; Daxili və xarici dələduzluq (Fraud) risklərinin monitorinqini həyata keçirmək və qabaqlayıcı tədbirlərlə bağlı təkliflər hazırlamaq; BOKT-nin informasiya təhlükəsizliyi ilə bağlı riskləri müəyyən etmək, rəhbərliyi məlumatlandırmaq və müvafiq düzəlişlərin aparılması üzrə təkliflər vermək; AMB tərəfindən BOKT-lər üçün müəyyən edilmiş prudensial tələblərə və digər normativ tələblərə riayət olunmasına risk baxımından nəzarət etmək. Risklərin monitorinqi və nəzarət mexanizmləri Mövcud risklər üzrə risk xəritəsini hazırlamaq, mütəmadi yeniləmək və davamlı monitorinqini həyata keçirmək; Əsas Risk İndikatorları (KRI) üzrə məlumatları toplamaq, təhlil etmək və dəyişiklikləri izləmək; Potensial risklərin vaxtında müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədilə müvafiq metod və modellərdən istifadə etmək; Risklərin optimallaşdırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; Risklərin idarə edilməsi prosesində müəyyən edilmiş boşluqların aradan qaldırılmasına nəzarət etmək. Hesabatlılıq və komitələrdə iştirak Risklərin qiymətləndirilməsi, təhlili və nəticələri üzrə dövri hesabatlar hazırlamaq; Rəhbərlik, İdarə Heyəti və Müşahidə Şurası üçün risk hesabatlarının hazırlanmasını təmin etmək; Risklərin idarə edilməsi üzrə tələb olunan hesabatlıqları hazırlamaq və təqdim etmək; Risk Komitəsi və Kredit Komitəsinin iclaslarında müstəqil risk rəyi ilə iştirak etmək və səs hüququ çərçivəsində qərarların qəbul edilməsinə töhfə vermək; Risk göstəricilərində əhəmiyyətli dəyişikliklər və yeni yaranmış risklər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq. Risk mədəniyyətinin inkişafı Filial və baş ofis struktur bölmələrində risk mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçirmək; Əməkdaşların risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə məlumatlılığının artırılmasına dəstək vermək; Risklərin idarə edilməsi üzrə daxili tələblərin əməkdaşlara çatdırılmasını və onların tətbiqinə nəzarəti təmin etmək. Tələblər İqtisadiyyat, maliyyə, bank işi, risklərin idarə edilməsi, tətbiqi riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Bank və ya BOKT sektorunda, xüsusilə risklərin idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi ; Kredit, əməliyyat, likvidlik və maliyyə risklərinin idarə edilməsi üzrə praktiki bilik və təcrübə; Risklərin qiymətləndirilməsi, portfel analizi, risk xəritələrinin hazırlanması və stress-testlərin aparılması üzrə təcrübə; Risk siyasətləri, metodologiyalar və daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bacarıqlar; AMB-nin BOKT-lər üzrə prudensial tələbləri və risklərin idarə edilməsi prinsipləri barədə bilik; Analitik düşünmə, məlumatların təhlili və hesabatların hazırlanması bacarığı; Rəhbərlik və müvafiq komitələr qarşısında risklərlə bağlı müstəqil və əsaslandırılmış rəy təqdim etmək bacarığı; FRM (Financial Risk Manager) sertifikatının olması üstünlükdür. Vakansiya növü - Tam ştat İmtiyazlar Həyat Yığım sığortası Korporativ Mühit Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.