Yüklənir...
Местоположение: Bakı
Təsvir BOKT-nin hədəf kütləsinə uyğun sosial media platformaları (Instagram, TikTok, LinkedIn, Facebook və s.) üçün aylıq kontent planın hazırlanması və icrası; Kredit məhsulları, kampaniyalar ilə bağlı cəlbedici post, story və video formatlı kontentlərin hazırlanması; Hər platformanın dilinə uyğun, təsirli və qrammatik düzgün mətnlərin (caption) yazılması; İzləyicilərdən gələn rəylərin və mesajların vaxtında cavablandırılması; Reklam kampaniyalarının və səhifə göstəricilərinin analizi, aylıq hesabatların hazırlanması; Rəqəmsal marketinq dünyasındakı yenilikləri tətbiq etmək və analiz aparmaq; Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtında icra edilməsi. Tələblər Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi; CapCut, Canva və ya peşəkar dizayn proqramları ilə təməl işləmə bacarığı; Mobil çəkiliş bacarığı və kreativ vizual baxış bucağı; Meta Business Suite və Reklam Meneceri (Ads Manager) ilə işləmək təcrübəsi; Təşəbbüskar, operativ, punktual və kreativ olmaq; Komanda ilə işləmək bacarığı; Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti. Vakansiya növü - Tam ştat İmtiyazlar Bonus sistemi; Yığım sığortasına qoşulma imkanı Korporativ Mühit Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.