Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Proseslərin optimallaşdırılması və avtomatlaşdırılmasının təşkili; Müxtəlif sistemlərdən məlumatların toplanması, təmizlənməsi və analiz olunmasında iştirak etmək Yerləşdirilmiş avtomatlaşdırmaların effektivliyinə nəzarət etmək, ümumi iş keyfiyyətini idarə etmək və standartlara cavab verməsini təmin etmək; Proqram tətbiqindən alınmış datalar ilə müəyyən hesabatların Excel formatda hazırlanması; Gündəlik, aylıq, rüblük hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması; Texniki və analitik dokumentasiyaların hazırlanmasına dəstək olmaq; Məlumat keyfiyyəti yoxlamaları aparmaq və uyğunsuzluqları müəyyən etmək; Avtomatlaşdırma həllərində standartları və təlimatları müəyyənləşdirməsi və uyğunluğu təmin edilməsi Fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək; Tələblər: Ali təhsilli (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, sistemləri və şəbəkələri, Tətbiqi riyaziyyat, Elektronika, Telekommunikasiya və digər mühəndis ixtisasları üzrə); Hərbi mükəlləfiyyətli. (Yaşı 29-dan çox olmayan); Azərbaycan dilində mükəmməl ünsiyyət və yazı bacarığı; Microsoft Office proqramlarında işləmə bacarığı; Riyazi düşünmə, alqoritm qurma və məlumatların təhlili; Xarici dil bilikləri arzuolunandır. Səriştələr: Məsuliyyətlilik, etibarlılıq və dürüstlük; İnkişafa yönümlü və innovativ; Operativlik və çeviklik; Komandada işləmək bacarığı; Nəticə yönümlü. Üstünlüklərimiz: Peşakar komandada işləmək imkanı; Yeni işçinin təlimləndirilməsi; Ölkədaxili və xarici təlimlərdə iştirak; Şirkət tərəfindən nahar; Karyera inkişafı. Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. (başlanğıc: 700-1100 AZN) Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .