Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Proseslərin optimallaşdırılması və avtomatlaşdırılmasının təşkili; Proqram tətbiqi üzərində dataların müəyyən arayış formalarına adaptasiyası; Proqram tətbiqindən alınmış datalar ilə müəyyən hesabatların Excel formatda hazırlanması; Gündəlik, aylıq, rüblük hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması; Yeni təhlilləri hazırlamaq və bu istiqamətdə təkliflər vermək; Gündəlik təhlil apararaq məlumatlarda olan uyğunsuzluqları aşkarlamaq; Məlumatların təmizlənərək daha anlaşılan formalarını hazırlamaq; Fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Tələblər: Ali təhsil (İT sahəsi üzrə); Hərbi mükəlləfiyyətli. (Yaşı 28-dən çox olmayan); Azərbaycan dilində mükəmməl ünsiyyət və yazı bacarığı; Python, MS Excel vacib, SQL və vizuallaşdırma alətləri (Power BI, Tableau, Qliksense) ilə işləmə bacarığı isə üstünlükdür; Riyazi düşünmə, alqoritm qurma və məlumatların təhlili; Xarici dil bilikləri arzuolunandır. Səriştələr: Məsuliyyətlilik, etibarlılıq və dürüstlük; İnkişafa yönümlü və innovativ; Operativlik və çeviklik; Komandada işləmək bacarığı; Nəticə yönümlü. Üstünlüklərimiz: Peşakar komandada işləmək imkanı; Yeni işçinin təlimləndirilməsi; Ölkədaxili və xarici təlimlərdə iştirak; Şirkət tərəfindən nahar; Karyera unkişafı. Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. (başlanğıc: 700-1300 AZN) Vakansiyanın tələblərinə uyğun gələn namizədlər CV-lərini mövzu hissəsində “ Kiçik Data Analitik (Junior data analyst) ” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. email: cv@iktex.az