Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Şirkətin təhlükəsizlik və ətraf mühit idarəetmə sisteminin hazırlanması və qorunması; SƏTƏM təlim proqramlarının hazırlanması, koordinasiyası və işçilərə məlumatların çatdırılması; Şirkət daxilində SƏTƏM haqqında məlumatlılıq və hazırlıq səviyyəsinin davamlı saxlanılması; Daxili SƏTƏM siyasətinin, prosedurların yaradılması, təkmilləşdirilməsi və idarə olunması; İş yerindəki yanğın və digər təhlükəsizlik tələblərinin icrasının təmin edilməsi, ilkin yardım təchizatı, yanğın və digər təhlükəsizlik vasitələrinə nəzarətin təşkili; Təcili təxliyə və hazırlıq proseslərinin hazırlanması, təşkilatın və əməkdaşların bu sahədə hazırlılığı; İşçilərə iş yeri statistikasını, yeni və mövcud təhlükələri və sistem dəyişikliklərini təmin edən SƏTƏM ilə bağlı müntəzəm hesabatların, təqdimatların, bülletenlərin, posterlərin və kommunikasiyaların hazırlanması və paylanması; İş yerlərində mütəmadi yoxlamaların aparılması, proseslərin və sistemlərin inkişaf etdirilməsinin yollarının tövsiyə edilməsi; SƏTƏM qaydalarının pozulmasının araşdırılması, habelə qəza və insidentlərin araşdırılması, qeydlərin aparılması, təhlil və hesabatların təklif olunan həllərin vaxtında və dəqiq təqdim edilməsi; Alətlər və avadanlıqlar, iş yerləri və iş mühiti ilə əlaqəli təhlükəsizlik riskinin qiymətləndirilməsi, potensial və mövcud təhlükələrin qarşısının alınması üzrə işlərin aparılması, profilaktik tədbirlərin görülməsi; Ventilyasiya, yanğın təhlükəsizliyinin təmin edilməsi, qanuni tələblərlə uyğunluğun təmin edilməsi, müvafiq dövlət orqanları ilə qarşılıqlı əlaqənin qurulması. Tələblər: Mühəndislik və ya müvafiq sahə üzrə bakalavr təhsili; SƏTƏM üzrə yerli və yaxud beynəlxalq sertifikat; SƏTƏM üzrə 1 il təcrübə; Hərbi mükəlləfiyyətli (Yaşı 28-dən çox olmayan); Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, xarici dillər aruolunandır; Güclü ünsiyyət bacarığı, müxtəlif tərəflər qrupuna təsir etmək bacarığı; Komanda ilə işləmək bacarığı; Təşəbbüskar olmaq və yaxşı təşkilatçılıq bacarıqları; MS Office programları üzrə biliklər. CV-lərini mövzu hissəsində “Jooble.az - SƏTƏM üzrə kiçik mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. e-mail: cv@iktex.az