Местоположение: Bakı
Əsas öhdəliklər: İllik, rüblük və aylıq büdcələrin hazırlanması və struktur bölmələr üzrə bölüşdürülməsi; Büdcə planlamasının həyata keçirilməsi və icrasına davamlı nəzarətin təmin olunması; Büdcə göstəricilərinin təhlil olunması, xərclərin azaldılması və gəlirlilik artırılması istiqamətində təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi; Maliyyə hesabatlarının (aylıq, rüblük və illik) hazırlanması, təhlili və nəticələrin rəhbərliyə detallı şəkildə təqdim olunması; Şirkətin gəlir və xərclərinin gündəlik izlənilməsi, düzgün uçotunun aparılması və maliyyə intizamına nəzarət edilməsi; Maliyyə göstəricilərinin təhlili, performans analizlərinin aparılması və qərarvermə prosesinə dəstək göstərilməsi; Pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi, cash flow planlamasının hazırlanması və maliyyə axınının düzgün idarə olunması; Vergi bəyannamələrinin hazırlanması və dövlət orqanlarına vaxtında təqdim olunmasına nəzarət; Daxili maliyyə nəzarət mexanizmlərinin tətbiqi, mövcud proseslərin təkmilləşdirilməsi və maliyyə risklərinin minimuma endirilməsi; iiko proqramı üzərindən maliyyə əməliyyatlarının izlənilməsi, məlumatların yoxlanılması və hesabatların hazırlanması; Təchizatçı hesablarının, ödəniş cədvəllərinin və debitor/kreditor borcların izlənilməsi Rəhbərlik tərəfindən tələb olunan maliyyə analizləri, hesabatlar və digər operativ məlumatların hazırlanması. Kvalifikasiya tələbləri: Təhsili: Ali (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə); İş təcrübəsi: Büdcə və hesabatlılıq üzrə maliyyə mütəxəssisi vəzifəsində 5 il iş təcrübəsi. Tələb olunan bilik və bacarıqlar: Maliyyə hesabatlılığı və maliyyə analizi üzrə biliklər; Maliyyə planlaşdırılması, büdcələmə və büdcə nəzarəti üzrə biliklər; Maliyyə hesabatlarının hazırlanması və təhlil etmə bacarığı; Böyük həcmli məlumatlarla işləmək və detalları dəqiq analiz etmə bacarığı; Cash flow idarəetməsi və maliyyə risklərinin qiymətləndirilməsi üzrə biliklər; Vergi öhdəlikləri və maliyyə prosedurları barədə praktiki biliklər; Gəlir və xərclərin təhlili və maliyyə göstəricilərinin interpretasiyası üzrə biliklər; Microsoft Excel proqramını yüksək səviyyədə bilmə (Pivot Table, VLOOKUP/XLOOKUP, IF funksiyaları, maliyyə formulaları və analiz alətləri); Problemləri operativ müəyyən etmə və effektiv həll yolları təqdim etmə bacarığı; Vaxtın düzgün idarə olunması və eyni anda bir neçə tapşırıqla işləmək bacarığı; Komandadaxili koordinasiya və effektiv ünsiyyət bacarıqları; Çevik qərarvermə bacarığı; Təklif edirik: Əmək haqqı: 1500-2000 AZN; Karyera inkişaf imkanı; Gənc və dinamik komanda; Peşəkar aşpazlarımız tərəfindən hazırlanmış nahar; Rahat və peşəkar iş mühiti. Tələblərə cavab verən namizədlər öz CV-lərini “Maliyyə üzrə baş mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.