Yüklənir...
Местоположение: Bakı
İş şəraiti İş yeri: Bakı şəhəri, Ulduz m/st yaxınlığı İş qrafiki: 5 günlük (09:00 – 18:00) Vəzifə öhdəlikləri: Oyal məhsulları üçün qutu, paket və etiket dizaynlarının hazırlanması; Brend strategiyasına uyğun kreativ və funksional qablaşdırma konseptlərinin yaradılması; Çap üçün faylların texniki tələblərə uyğun hazırlanması və keyfiyyətinə nəzarət; Mövcud qablaşdırma və etiket dizaynlarının yenilənməsi, optimallaşdırılması və brend standartlarına uyğunlaşdırılması; Yeni məhsullar üçün kreativ vizual həllərin və konseptlərin hazırlanması; Çap və istehsal prosesində dizaynların düzgün tətbiqinə nəzarət. Tələblər: Dizayn, Qrafika və ya müvafiq sahə üzrə ali təhsil; Qablaşdırma və ya qrafik dizayn sahəsində minimum 3-5 il iş təcrübəsi; CorelDRAW, Adobe Photoshop və Adobe InDesign proqramlarını yüksək səviyyədə bilmək; Brendinq və vizual identika prinsipləri üzrə biliklər; Çap texnologiyaları və materiallarla işləmək bacarığı; Dizayn layihələrinin planlaşdırılması və idarə edilməsi bacarığı; Kreativ düşüncə, məsuliyyətlilik və detallara diqqət. Təklif edirik: Real layihələr üzərində işləmək imkanı; Yaradıcılığın dəstəkləndiyi peşəkar iş mühiti; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Təcrübə və biliklərə uyğun rəqabətli əmək haqqı. Maraqlanan namizədlərdən CV və portfolio-larını mövzu hissəsində “Jooble.az - Oyal Məhsulları üzrə Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yaradıcılığınızı məhsulların vizual kimliyinə çevirmək istəyirsinizsə, komandamıza qoşulun!